Icma.az
close
up
RU
Çinli doktorantlar BMU da keçirilən seminarda tədqiqatlarını təqdim ediblər

Çinli doktorantlar BMU da keçirilən seminarda tədqiqatlarını təqdim ediblər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan “Mühəndislik tətbiqlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə təsiri” mövzusunda beynəlxalq elmi-praktik seminarın sessiyalarında doktorantlar öz tədqiqatlarını təqdim ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda Pekin Kimya Texnologiya Universitetindən (PKTU) 32 doktorant, həmçinin professor-müəllim heyəti iştirak edir. Tədbir BMU ilə PKTU arasında bu ilin aprel ayında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun həyata keçirilir.

BMU alimləri ilə yanaşı, digər universitetlərdən dəvət edilən tədqiqatçıların qatıldığı sessiyalarda multidisiplinar tədqiqat mövzuları təqdim olunub. İştirakçılar innovativ mühəndislik və biotibb həllərinin qlobal problemləri, o cümlədən təmiz enerji, davamlı istehsal və sağlamlıq sahələrinin inkişafına necə dəstək verilə biləcəyini müzakirə ediblər. Tədqiqatların BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi xüsusi vurğulanıb.

Fikir mübadiləsi zamanı BMU alimləri doktorantlara gələcək elmi fəaliyyətləri ilə bağlı tövsiyələr veriblər. Doktorantların bir sıra elmi tədqiqatlarının BMU-da davam etdirilməsi məsələləri də nəzərdən keçirilib.

Aparılan müzakirələr, həmçinin gələcək beynəlxalq əməkdaşlıq və birgə elmi layihələr üçün zəmin yaradıb. Doktorantlar və BMU alimləri arasında elmi mübadilənin artırılması, tədqiqat nəticələrinin praktik tətbiq imkanlarının genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb.

Qeyd edək ki, bu ildən BMU ilə PKTU Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində ilk ikili diplom proqramının icrasına başlayıb. 2+2 modelinə əsaslanan proqram kimya, kompüter və mexanika mühəndisliyi ixtisaslarını əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri