Icma.az
close
up
RU
BMU da çinli doktorantların iştirakı ilə keçirilən seminarın bağlanış mərasimi olub

BMU da çinli doktorantların iştirakı ilə keçirilən seminarın bağlanış mərasimi olub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində Çin Xalq Respublikasından olan 32 doktorant, eləcə də professor-müəllim heyətinin ölkəmizə səfəri yekunlaşıb.

BMU-dan AZƏRTAC-a bildirilib ki, üç gün davam edən səfər zamanı “Mühəndislik tətbiqlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə təsiri” mövzusunda beynəlxalq elmi-praktik seminar təşkil olunub. Həmçinin qonaqlar bir sıra ali təhsil ocaqlarına və qurumlara ziyarətlər həyata keçiriblər.

Seminarın bağlanış mərasimində çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış səmimi dostluq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm və təhsil istiqamətində əməkdaşlığın genişlənməsi üçün möhkəm əsas yaratdığını deyib. Eyni zamanda, bu dostluğun nəticəsi olaraq qarşılıqlı akademik əlaqələrin, birgə tədqiqatların və tələbə mübadilələrinin daha da artacağına inamını ifadə edib. Yaqub Piriyev BMU ilə PKTU-nun bu ildən reallaşdırdığı ikili diplom proqramını iki ölkə arasında elm və təhsil sahəsində dostluğun və etimadın bariz nümunəsi adlandırıb. Qeyd edib ki, təşkil olunan elmi seminar isə yalnız bilik və təcrübə mübadiləsi demək deyil, həm də yeni birgə tədqiqatların və layihələrin təməlinin qoyulmasıdır. Rektor gənc alimlər üçün formalaşan imkanların onların beynəlxalq elmi mühitdə daha fəal iştirakına şərait yaradacağını söyləyib. Həmçinin çinli doktorantlara təşəkkür edərək, onları yenidən BMU-da görməkdən məmnun olacağını bildirib.

Professor Yu Yuen seminarı mühəndislik elmlərinin dayanıqlı inkişaf hədəfləri ilə uzlaşdırılması baxımından çox qiymətli bir təcrübə mübadiləsi kimi dəyərləndirib. O, səfərin doktorantlar üçün elmi biliklərlə yanaşı, Azərbaycan mədəniyyəti və qonaqpərvərliyi ilə tanışlıq baxımından da əhəmiyyətli olduğunu qeyd edib. PKTU rəsmisi BMU ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğulayaraq, bu istiqamətdə konkret layihələrə diqqət çəkib.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül də çıxışında vurğulayıb ki, çinli doktorantların ölkəmizə səfəri universitetlərarası əməkdaşlığın praktiki nəticəsi və qarşılıqlı etimadın göstəricisidir. Əlavə edib ki, BMU-nun beynəlxalq tərəfdaşlarla həyata keçirdiyi layihələr gənc tədqiqatçılar üçün yeni imkanlar açır, onların elmi fəaliyyətinin qlobal miqyasda inkişafına töhfə verir. Prorektor səfərin uğurlu təşkilində əməkdaşlıq edən tərəflərə təşəkkürünü bildirib.

Sonra seminarın iştirakçısı olan doktorantlar çıxış ediblər. Tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriən doktorantlar əldə olunan təcrübənin elmi fəaliyyətlərinə mühüm təsir göstərəcəyini vurğulayıblar. Onlar Azərbaycan xalqının qonaqpərvərliyinə, mədəni zənginliyinə və BMU-nun səmimi akademik mühitinə görə təşəkkür edərək, belə elmi əməkdaşlıqların gələcəkdə də davam etdirilməsini arzulayıblar.

Çıxışlardan sonra seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Sonda BMU-nun tələbələrdən ibarət özfəaliyyət kollektivi milli rəqs nömrələri nümayiş etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see520

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see234

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see219

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see217

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see217

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see206

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see198

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see196

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see191

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see189

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see187

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see167

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see163

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see162

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see161

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see160

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri