Icma.az
close
up
RU
Çinli ekspertlər BMU tələbələrinə master klas keçiblər

Çinli ekspertlər BMU tələbələrinə master klas keçiblər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 dekabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) ezamiyyətdə olan Çinin Fudan Universitetinin nümayəndə heyətinin üzvləri- süni intellekt üzrə ekspert Ye Suli və biotibb eksperti He Nan tələbələr üçün master-klas keçiblər.

BMU-dan AZƏRTAC-a bildirilib ki, İnformasiya və kompüter texnologiyaları fakültəsinin SABAH proqramı ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunan təlimdə Ye Suli süni intellekt sahəsində ən son nailiyyətləri təqdim edib. Təlimdə bildirilib ki, süni intellekt hazırda dünya miqyasında sürətlə inkişaf edən, gələcək əmək bazarını formalaşdıran əsas texnoloji istiqamətlərdən biridir, bu sahədə bilik və bacarıqların inkişafı tələbələrin innovativ düşüncə tərzinin formalaşmasına, eləcə də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verir.

He Nan isə kimya və biotexnologiya ixtisasları üzrə təhsil alan tələbələrə xərçəng xəstəliyinin erkən mərhələdə aşkarlanması üçün tətbiq olunan innovativ yanaşmalardan - şəkər biomarkerləri vasitəsilə diaqnostika üsulundan bəhs edib. Vurğulanıb ki, hazırda tibb və biotexnologiyanın prioritet istiqamətlərindən biri olan bu metod yalnız minimal invaziv texnologiyalara əsaslanır və xəstənin barmaq ucundan götürülən kiçik qan nümunəsi xərçəngin diaqnostikasını həyata keçirməyə imkan verir. Belə yanaşma klinik praktikada istifadə olunduqda, xəstələr üçün rahatlıq və erkən aşkarlamanı təmin edir, eyni zamanda diaqnostik dəqiqlik baxımından təxminən 90 faiz səviyyəsində nəticələr verir.

Çinli ekspertlərin təlimləri tələbələr tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, BMU və Çinin Fudan Universiteti, habelə bu universietin elmi-tədqiqat institutları arasında əməkdaşlığa dair memorandum imzalayıb. Tərəflər arasında elm, təhsil, tədqiqat və kadr hazırlığı sahələrində birgə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur. Keçirilən master-klaslar da bu əməkdaşlıq çərçivəsində təşkil olunub və gələcəkdə oxşar təlimlərin davam etdirilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri