Çinli mütəxəssis: Azərbaycan Şərqlə Qərb arasında şəhərsalma körpüsü rolunu oynayır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Şərqlə-Qərb arasında yerləşdiyi üçün hər iki tərəfin şəhərsalma təcrübələrini birləşdirmək və paylaşmaq baxımından unikal imkanlara malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Çinin Şençjen şəhərində yerləşən “Şençjen Şəhərsalma və Dizayn İnstitutu”un nümayəndəsi Simon Siyan deyib.
O bildirib ki, bu mövqe Azərbaycana qlobal şəhər inkişafı təcrübələrini birləşdirən körpü rolunu oynamağa şərait yaradır.
“Bu da dünya miqyasında nadir rast gəlinən bir üstünlükdür. WUF13 çərçivəsində bu cür təcrübələrin paylaşılması çox dəyərlidir və şəhərsalma sahəsində qlobal əməkdaşlığı gücləndirir”, - deyə o nəzərə çatdırıb.
Müxbir - Vüsalə Səfərova
Operator – Mir Rəsul Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 20 May 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















