Kassis: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın coğrafi mövqeyi ona Şərqlə Qərb arasında körpü rolunu oynamağa kömək edir.
Sherg.az xəbər verir ki, bunu İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis AZƏRTAC-a eksklüziv müsahibə zamanı deyib.
"İsveçrə Orta Dəhlizin inkişafında maraqlıdır, çünki etibarlı və şaxələndirilmiş ticarət yolları açıq və dayanıqlı qlobal iqtisadiyyat üçün çox əhəmiyyət kəsb edir. Logistika, infrastruktur və rəqəmsallaşdırma kimi sahələrdə əməkdaşlıq üçün potensial görürük", - İ. Kassis bildirib.
Onun sözlərinə görə, Cenevrədə yerləşən "Mediterranean Shipping Company" (MSC) tərəfindən ötən il Bakıda nümayəndəliyin açılması, Azərbaycanın regional nəqliyyat mərkəzi kimi roluna artan marağın bariz nümunəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 04 Avqust 2026 05:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















