Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

“Sabah”ın legioneri ehtiyatda qaldı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpüdür ŞƏRH

Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpüdür ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu səbəbdəndir ki, müxtəlif  ölkələr arasında yaranan problemlərin həllinə rəsmi Bakı  töhfələr verir


Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, praqmatik və ardıcıl siyasət nəticəsində Azərbaycan son illərdə regionda və dünyada mühüm siyasi, iqtisadi və humanitar mərkəzlərdən birinə çevrilib. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanıdıb. Bu gün Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq simvolu kimi çıxış edir. 

Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır. Xarici siyasətdə balanslaşdırılmış yanaşma, qarşılıqlı hörmətə və faydaya əsaslanan münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaradıb. Dövlətimizin başçısının beynəlxalq və regional tədbirlərdə iştirakı, habelə Azərbaycanın ev sahibliyi etdiyi yüksəksəviyyəli Zirvə görüşləri ölkəmizə olan marağın və etimadın bariz göstəricisidir. Son bir neçə ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə marağın əyani təcəssümüdür. Azərbaycanın beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqi kimi, Prezident İlham Əliyev aprelin 11-13-də Türkiyənin Antalya şəhərində keçiriləcək IV Antalya Diplomatiya Forumunda iştirak edir. Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib. Forumda “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” mövzusu ətrafında qlobal çağırışların müzakirəsi nəzərdə tutulur. Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən forumlar və zirvə görüşləri təkcə diplomatik formatda deyil, həm də məzmun və nəticələr baxımından yeni keyfiyyət mərhələsinə yüksəlir. Azərbaycanın artan beynəlxalq nüfuzu, onun iqtisadi, enerji və nəqliyyat sahələrində həyata keçirdiyi irimiqyaslı layihələrlə də sıx bağlıdır. Ölkəmiz bu gün regionun enerji xəritəsini müəyyən edən aparıcı aktorlardan biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan və dünya enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Üç min beş yüz kilometrdən çox uzunluğu olan bu layihə Azərbaycanın zəngin enerji resurslarını Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələri vasitəsilə beynəlxalq bazarlara çatdırmaqla qlobal enerji əməkdaşlığının mühüm komponentinə çevrilib. Bununla yanaşı, ölkəmiz nəqliyyat və logistika sahəsində də mühüm təşəbbüslərlə çıxış edir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və görülən digər işlər Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsini təmin edir. Bu layihələr təkcə regional deyil, həm də Asiya ilə Avropa arasında strateji əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycanın uğurlu diplomatiyasının nəticəsi olaraq ölkəmiz beynəlxalq əməkdaşlıq platformalarında da fəal iştirak edir. COP29 kimi mötəbər beynəlxalq tədbirin 2024-cü ildə Azərbaycanda keçirilməsi ölkəmizin qlobal ekoloji gündəmdəki mühüm rolunu və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri bir daha təsdiqləyir. Bu tədbir vasitəsilə Azərbaycan bəşəriyyətin qarşısında dayanan ən aktual problemlərin həllində təşəbbüskar və məsuliyyətli tərəfdaş olduğunu nümayiş etdirib. Bundan əlavə, Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirdiyi humanitar və inkişaf layihələri də ölkəmizin dünyada sabitlik, humanizm və dialoq mədəniyyətinin təşviqinə verdiyi əhəmiyyətli töhfələrin göstəricisidir. Xüsusilə, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməsi, qlobal ədalətin bərpasına yönəlmiş addımlar atması beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib. Bütün bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir.


Millət vəkili Samir Vəliyev deyib ki, Azərbaycan güclü dövlət kimi, regionda söz sahibidir və yeni düzən formalaşdırır. Deputatın sözlərinə görə, eyni zamanda, Azərbaycan dünyada etibarlı tərəfdaş imicini möhkəmləndirir, dostlarının sayını davamlı olaraq artırır: 

"Məhz bu səbəbdəndir ki, müxtəlif ölkələr arasında yaranan problemlərin həllinə Azərbaycan dost ölkə olaraq töhfələr verir. Buna Türkiyə ilə İsrail arasında yaranmış gərginliyin aradan qaldırılması nümunəsini göstərmək olar. Dinamik iqtisadi inkişaf, artan imkanlar, Qlobal Şərqlə Qlobal Qərb arasında etibarlı körpü olması, yeni çağırışlara həssas yanaşma sərgiləməsi və əlbəttə ki, cəmiyyətin tolerantlğı Azərbaycanın cəlbediciliyini artıran əsas amilllərdir. Bəşəriyyət son dərəcə narahat bir dönəmdən keçir. Qloballaşma, iqlim dəyişmələri, coğrafiyası genişlənən müharibələr, yeni sənaye inqilabı, süni intellekt erasına keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır. Bu çağırışlar fonunda qlobal və milli gündəliklər uzlaşdırılmalı, necə deyərlər, qızıl orta müəyyənləşdirilməli, təcrübə mübadiləsi aparılmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Aprel 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see157

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see155

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri