Icma.az
close
up
RU
Çinlilər Bakıda sabiq Baş nazir köməkçisinin evindən seyfi oğurlayıbmış TƏFƏRRÜAT

Çinlilər Bakıda sabiq Baş nazir köməkçisinin evindən seyfi oğurlayıbmış TƏFƏRRÜAT

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Saray qəsəbəsi, "Villa Badam" yaşayış kompleksində yerləşən villadakı dəmir seyfdən 134.500 ABŞ dolları, 10 min manat pul və qiymətli qızıl-zinət əşyaları aparmaqla zərərçəkənə ümumilikdə 357.194 manat dəyərində oğurluq edən Çin vətəndaşları - 1981-ci il təvəllüdlü Vei Zinjian 7 il 6 ay, 34 yaşlı Vei Honqf isə 2 il müddətinə azadlqıdan məhrum edilib.  

Qaynarinfo-nun məlumatına görə, evindən oğurluq olan şəxs 45 il dövlət qulluğunda işləmiş Natiq Əzizovdur. 

Natiq Əzizov uzun illər sabiq Baş nazir Artur Rasi-zadənin köməkçisi vəzifəsində çalışıb. 2016-cı ildə ona "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib. 23 oktyabr 2019-cu ildə Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə dövlət qulluğunda olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib. O, bir sıra dövlət qurumlarında da yüksək vəzifələrdə çalışıb. 

Baş verən hadisə ilə bağlı Natiq Əzizov Sumqayıt Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində bildirib: "Mən göstərilən ünvanda həyat yoldaşımla birlikdə qalıram. Yayda ailəmlə Quba rayonunun Nügədi kəndinə istirahətə getdim. Uşaqlar zəng edərək evdən oğurluq edildiyini söylədilər. Bu səbəbdən evə qayıtdım. Gələn kimi Daxili İşlər Nazirliyinin "102” Xidmətinə zəng etdim və məlumat verdim. Polis əməkdaşları evə gəldi və araşdırma apardılar. Cinayət işinin materiallarında olan ifadəmdə həm dollar, həm də manatla olan pul vəsaitlərini, qızıl-zinət əşyalarını və onların qiymətlərini qeyd etmişəm. Qızıl-zinət əşyalarının qiymətlərindən bildiklərimi yazmışam, bilmədiklərimi isə "lom" qiyməti ilə hesabladılar. 

Oğurlanan pul vəsaitləri və qızıl-zinət əşyalarının məbləği əslində ittiham aktında qeyd olunan 357.194 manatdan çoxdur. Elə zinət əşyaları var idi ki, onların qiyməti baha idi və "lom" qiyməti ilə hesablamaq olmazdı. Biz istintaq müddətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ilə əlaqədə olduq və cinayət işi ilə bağlı biz-birimizə lazımi kömək göstərdik. Mənim evimi təqsirləndirilən şəxslərə kimin göstərdiyini bilmirəm. "Villa Badam" yaşayış kompleksində 170 villa var. Həmin vaxt mənim evim kimi işığı yanmayan onlarla villa var idi. 45 il dövlət qulluğunda işləmişəm və heç bir xarici ölkə ilə əlaqəm olmayıb".

Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri