Icma.az
close
up
RU
Cinsi performansı sıfıra endirən 5 qida EHTİYYATLI OLUN

Cinsi performansı sıfıra endirən 5 qida EHTİYYATLI OLUN

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi qidalar insan sağlamlığı üçün vacib olsa da, onların tərkibindəki bəzi maddələr cinsi performansa mənfi təsir göstərə bilər. Əgər enerjinizin azaldığını və cinsi həvəsinizin zəiflədiyini hiss edirsinizsə, gündəlik rasionunuzda bu qidalara diqqət yetirməlisiniz.

Turkustan.az cinsi performansı sıfıra endirən 5 qidanı təqdim edir:

Şəkər və şirin içkilər

Rafinə olunmuş şəkər və qazlı içkilər qan şəkərinin səviyyəsini sürətlə artırıb-endirir, bu isə hormonal balansı pozur. Xüsusilə testosteron səviyyəsini aşağı salaraq kişi cinsi gücünü zəiflədə bilər. Eyni zamanda, artıq şəkər istehlakı insulinin həddindən artıq ifrazına səbəb olur ki, bu da zamanla metabolik problemlər yaradır.

Soya məhsulları

Soya məhsulları bitki mənşəli estrogen olan fitoestrogenlərlə zəngindir. Həddindən artıq soya istehlakı kişilərdə testosteronun azalmasına səbəb ola bilər ki, bu da cinsi istəyi və performansı aşağı sala bilər. Buna görə də soya südü, soya əsaslı proteinlər və digər emal olunmuş soya məhsullarından uzaq durmaq tövsiyə olunur.

Spirtli içkilər

Alkoqol müvəqqəti rahatlıq və stress azaldıcı təsir göstərsə də, uzun müddətli istifadəsi cinsi performansa ciddi mənfi təsir göstərir. Spirt testosteron səviyyəsini aşağı salır, qan dövranını zəiflədir və erektil disfunksiyaya səbəb ola bilər. Xüsusilə pivə içkisində olan fitoestrogenlər hormon balansına mənfi təsir göstərir.

Fəst-food və trans yağlar

Fəst-food qidaları, xüsusilə trans yağlarla zəngin olan məhsullar damarların daralmasına və qan dövranının zəifləməsinə səbəb olur. Cinsi sağlamlıq üçün güclü qan dövranı vacibdir. Araşdırmalar göstərir ki, trans yağlar kişi və qadınlarda hormon balansını pozur və reproduktiv funksiyalara mənfi təsir edir.

Duzlu və emal olunmuş qidalar

Artıq duz istehlakı qan təzyiqini artıraraq damar sağlamlığını zəiflədir. Bu, qan dövranının pisləşməsinə və cinsi orqanlara kifayət qədər qan getməməsinə səbəb olur. Xüsusilə emal olunmuş ət məhsulları (kolbasa, sosiska və s.) tərkibindəki konservantlar və yüksək natrium səviyyəsinə görə cinsi istəyi azalda bilər.

Qeyd edək ki, cinsi performansın yüksək olması üçün balanslı və sağlam qidalanma vacibdir. Təbii qidalar, xüsusilə proteinlə zəngin, vitamin və minerallarla dolu meyvə-tərəvəzlər daha sağlam cinsi həyat üçün tövsiyə olunur. Sağlam həyat tərzi və düzgün qidalanma ilə cinsi enerjinizi artırmaq mümkündür. /Yenisabah.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Mart 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri