Icma.az
close
up
RU
Bal adı ilə satılan şərbətlər EHTİYYATLI OLUN! KONKRET

Bal adı ilə satılan şərbətlər EHTİYYATLI OLUN! KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. 

KONKRET.az xəbər verir ki, nümunələrin sınaq nəticəsinə əsasən 23 bal məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb, 9 istehsalçıya məxsus 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdə plandandankənar yoxlama aparılıb və məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul olunub. Eyni zamanda, həmin müəssisələrdən ikisində məhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görə sahibkarlar inzibati məsuliyyətə cəlb edilib.

Aparılan nəzarət tədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1560 kiloqram bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib. Bu sahədə araşdırmalar davam etdirilir.

Sirr deyil ki, ölkədə təmiz bal adı altında satılan məhsullar bir çox hallarda standartlardan uzaq olur. Hərçənd dadına əsasən onları keyfiyyətlidən ayırd etmək asan deyil.

Bəs balın təmizliyinə necə əmin olmalı? Ən etibarlı üsulı hansıdır? Bazardan, yoxsa marketdən almaq daha uyğundur? İnflyasiyanı da nəzərə alsaq, hazırda yaxşı balın bir kilosu neçəyə olmalıdır? 

Eyyub Hüseynov: “Təbii bal istehsalçıları bu cür süni balları ayırd edə bilmirlər” 

İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ölkənin əmtəə bazarında bal sektorunda problemlər yaşanır: “Çox yaxşı haldır ki, AQTA bunların monitorinqini etməyə. Qeyd edim ki, bizim ofisimizdə nümunələr var. Balı Türkiyədən gətirilmiş xüsusi tozlar (dad verici, qoxu verici), xüsusi qablaşdırma materialları, şəkərlə, eləcə də müəyyən temperatur və texnologiya ilə hazırlanaraq bazara çıxarılır. Üzərində çəkisi və digər göstəricilər göstərilir. Qida Təhlükəsizliyi Agentliyi balın böyük bir partiyasını ifşa edib.

Çox yaxşı haldır, lakin yenə də bu cür hallar davam edir. Bu, ifşa olunan qadın bizim ofisimizə gəlmişdi. O dedi ki, “Mən bunu Rusiyada öyrənmişəm, orada uzun müddət bizneslə məşğul olmuşam, burada da bunu etmək istədim. Nəhayət Azərbaycanda ifşa olundum”. Çox yaxşı haldır.

Onlar arı ilə heç bir əlaqəsi olmayan maddələrdən balı hazırlayırlar. Bu, elə də asan bir məsələ deyil. Təbii bal istehsalçıları bu cür süni balları ayırd edə bilmirlər. Bunun araşdırılması isə o qədər də sadə deyil. Yalnız mükəmməl laboratoriya vasitəsi ilə arının ifraz etdiyi xüsusi maddələrin analizi aparılaraq balın təbiiliyi müəyyən olunur. 

Digər primitiv yollar da mövcuddur, lakin onlar tam dəqiq nəticə vermir. Bu cür fırıldaqçılığın qarşısını almaq üçün ciddi nəzarət və keyfiyyət testləri tələb olunur. Bal bazarı hazırda çox çirklənmiş və xaotik vəziyyətdədir. Dövlət dəstəyi ilə neçə ildir ki, Bal Assosiasiyaları yaradılıb. Mən bal assosiasiyasının rəhbərliyinə təkliflə müraciət etmişəm ki, gəlin əməkdaşlıq edək. Tam təmmənasız şəkildə bu sahədə kömək etməyə hazıram. Lakin təəssüflər olsun ki, mənə əsasən məsafədən təşəkkür bildirir, işbirliyinə real addım atmırlar. Nə qədər ki, cəmiyyətdə müəyyən məsələlər üçün haqq-ədalət naminə maraqlı tərəflərin inteqrasiyası baş vermir, həmçinin bu inteqrasiya kütləvi informasiya vasitələri ilə sinxron və əlaqəli həyata keçirilmir, bazarın müxtəlif sahələrində olduğu kimi, bal sektorunda da problemlər davam edəcəkdir.

Təmiz balın bazardakı qiyməti xeyli yüksək olmalıdır. Misal üçün, qohumuma bu yaxınlarda Filippindən bal gətirdim. O tərifləyir və deyir ki, bu bal yaxşıdır. Mən özüm də o balı yoxlayacağam. İnsanlar tez-tez bu kimi məhsulları uzaq ölkələrdən gətirirlər. Lakin o ölkələrdən gətirilən balların da necə hazırlandığı məlum deyil. Başqa ölkələrdə də bu cür problemlər yaşanır. Lakin birmənalı şəkildə  insanlar onlayn yolla bal almasınlar. Çünki aldatma hallarının əksəriyyəti onlayn satışlarda baş verir. Aldatma təkcə kiçik ticarətdə deyil, hətta avtomobillərin arxasında satılan yerlərdə də, marketlərdə də ola bilər. Lakin süni bal, yəni arı ilə heç bir əlaqəsi olmayan bal üzərindən arı, şanı şəkli götürülməlidir. Üzərinə süni bal yazılmalı, tərkibinə nə qatılıbsa qeyd edilməlidir”.

Bəs baldan kim, nə qədər gündə istifadə edə bilər? Neçə yaşdan? 

Seyfəddin Əsəd: “Balı qəbul edəndə şəkər kəskin qalxır, demək, tərkibində şəkər tozu var”

Tanınmış həkim, xalq təbabəti üzrə uzman Seyfəddin Əsəd mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bal Allahın insana verdiyi ən qiymətli qidadır. Yeganə məhsuldur ki, balın itkisi yoxdur. Keçmişdə, əsasən də Qərbi Azərbaycanda uşaqlar doğulanda göbəyinin mayalanmasını balla edirdilər. Balı hamı yeyə bilər, o şərtlə ki onun bala reaksiyası olmasın. Hər bir orqanizmin qəbul etdiyi həcm var. Qan azlığı olanlar balı çox qəbul etməlidirlər. Yalnız bala həssaslıq olanda çox qəbul etmək olmaz. Misal üçün, mən özüm hər səhər ilıq suya bir xörək qaşığı qatıram və limon şirəsi sıxıb qəbul edirəm. Bu həm arıqlamağa, həm də maddələr mübadiləsinin yaxşılaşmasına kömək edir. Bundan başqa, çay içəndə də baldan istifadə edilə bilər. Balı qaynar suya qatmaq olmaz, soyuducuda saxlamaq olmaz. Bal yaraların müalicəsində effektli olur. Qan artırıcıdır. Virusların, faringitin müalicəsində istifadə olunur. Hər iki saatdan bir balı ağızda saxlamaq və sormaqla ağız boşluğunu infeksiyalardan, virusdan təmizləmək olur. Bundan başqa, bal səs tellərinə soyuq olanda, bronxit zamanı çox yaxşı effekt verir. Bu zaman da suya həll edib qəbul etmək lazımdır. Bundan başqa, balın digər funksiyası da virus qovucu xüsusiyyəti də var və immuniteti qaldırır. Misal üçün, hər gün bal qəbul edən adamlar yoluxucu xəstəliklərə yoluxmur. Mən şəkərli diabet xəstələrinə bal məsləhət görmürəm. Birincisi, şəkərin dərəcəsi müəyyən edilməlidir. Şəkər xəstələrinə isə ona görə olmaz ki, balın əsl olması şübhə doğurur. Təəssüf ki, satış üçün olan balların hamısında qatqılar var. Bu sözümə görə məni qınayacaqlar. Amma böyük əksəriyyətinin biznes marağı var, orada şəkər tozu qatqıları olduğu üçün ziyan edir. Onun verdiyi xeyirdənsə, onu qəbul etməmək daha məqsədəuyğundur. Çünki mən uzun illər təcrübəmdə yoxlamışam ki, balı qəbul edəndə şəkər kəskin qalxır. Demək, onun tərkibində şəkər tozu qatqıları var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Yanvar 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see290

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see256

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see236

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see235

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see234

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see220

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see215

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see206

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see203

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see202

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see202

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see202

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see200

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see200

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see189

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see189

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see188

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see185

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see184

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri