Icma.az
close
up
RU
Cinsiyyətini dəyişənlərin krediti ləğv olur? AÇIQLAMA

Cinsiyyətini dəyişənlərin krediti ləğv olur? AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi vətəndaşlar ad və soyadını dəyişməklə bank qarşısındakı kredit öhdəliklərindən azad ola biləcəklərini düşünür. Lakin hüquqi baxımdan bu mümkün deyil, çünki borc şəxsiyyətə deyil, şəxsiyyətin qanuni identifikatorlarına, yəni vətəndaşlıq nömrəsi, doğum tarixi və digər sənədlərə bağlıdır. Banklar və maliyyə institutları borclunun hüquqi dəyişikliklərini izləyir və kredit öhdəliyini yeni ad altında da müəyyən edə bilirlər. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, ad və soyad dəyişilsə belə, vətəndaşın fərdi identifikasiya nömrəsi (FİN kodu) dəyişmir. 
"FİN kodu şəxsiyyət vəsiqəsində göstərilən unikal koddur və ömürlük hesab olunur. Banklar və digər maliyyə institutları hesabları FİN əsasında tanıyır, yəni müştərinin adını, soyadını, hətta cinsini dəyişməsi FİN koduna təsir etmir. Bu səbəbdən müştərinin öhdəliklərini müəyyən etmək və icra etmək mümkündür".
Ekspert bildirib ki, ad-soyad dəyişdirilməsi və ya cinsin dəyişdirilməsi şəxsə götürdüyü öhdəliklərə heç bir təsir göstərmir.
"Hər hansı bir borc və ya öhdəlik varsa, həmin şəxs onu mütləq şəkildə icra etməlidir. Öhdəliyin dayandırılması və ya ləğv olunması yalnız məhkəmə qərarı ilə mümkündür və hüquq sistemində bu, yalnız məhkəməyə məxsus səlahiyyətdir. Praktikada, ad-soyad və ya digər şəxsi məlumatların dəyişdirilməsi borcun itirilməsi və ya öhdəliyin ləğv olunmasına səbəb olmur. Nəticə etibarilə, FİN kodu dəyişmədiyi müddətcə borc öhdəliyi yerində qalır və şəxs tərəfindən mütləq şəkildə icra edilməlidir. Ödəniş növü və icra üsulu isə məhkəmənin qərarı əsasında müəyyən olunur".
Həmçinin oxu:
Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən daha faydalıdır
Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb
Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış — İllər sonra açıqlandı
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri