Icma.az
close
up
RU
Cinsiyyətini dəyişən türk məşhurlar FOTOLAR

Cinsiyyətini dəyişən türk məşhurlar FOTOLAR

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Cinsiyyət dəyidirmək hüququ bir çox ölkələrdə müəyyən şərtlər daxilində qanunla tənzimlənir.

Türkiyədə 1988-ci ildən bəri cinsiyyətini dəyişmək istəyən şəxslər üçün bəzi qanuni prosedurlar olsa da, bununla belə, bu proses xüsusi tibbi və hüquqi prosedura riayət etməyi tələb edir.

Bəzi ölkələrdə bu proses daha mürəkkəb və uzun ola bilər, lakin hüquqi tənzimləmələr şəxsin hüquqlarına uyğun olaraq həyata keçirilir. Türkiyədə cinsiyyət dəyişikliyi qanuni olaraq edilə bilər, lakin ilk növbədə tibbi və psixoloji qiymətləndirmə proseslərindən keçilməlidir.

AZXEBER.COM Türkiyədə cinsiyyətini dəyişdirən və buna baxmayaraq kifayət qədər fanata sahib məşhur simaların araşdırmasını təqdim edir:

Türkiyədə bu qəbildən olan məşhurlar arasında ən populyar olanı Bülent Ersoydur. Qeyd edək ki, o, cinsiyyət dəyişdirmə əməliyyatını hələ 1981- ci ildə Londonda etdirib. O hətta iki dəfə rəsmi şəkildə özündən yaşca kiçik gənclə ailə həyatı da qurub, bir il sonra boşanıb. 

Arabesk musiqisinin tanınan siması Devran Çağlar da 2011-ci ildə cinsiyyətini dəyiştirərək almaniya vətəndaşı ilə ailə qurmuşdu. O, 2019-cu ildə ürəktutmasından vəfat edib. 

Aktrisa Nil Erkoçlar da 2013-cü ildə kariyerasının zirvəsində cinsiyyət dəyişdirərək oğlan olmaq qərarına gəlib. Maddi və mənəvi çox böyük çətinliklərlə üzləşdiyini hər fürsətdə dilə gətirən aktrisa həyatına Rüzgar Erkoçlar olaraq davam edir. O, hətta Tuğba Beyazoğlu adlı xanım ilə ailə həyatı qurub. Onu da qeyd edək ki, Rüzgar Erkoçların bacısı Gül Erkoçlar da cinsiyyətini dəyişdirərək adını Görkəm Batu olaraq dəyişib.

Türkiyənin ilk transgender aktrisa və mğənnisi isə əslən çərkəz olan Ayta Sözeridir. İnsan və LGBT haqları aktivisti olan aktrisa Almaniyada doğulub, Türkiyədə bir çox seriallarda rol alıb, konsertlər verib.

Sosial media fenomeni Selin Ciyerci bir zamanlar Bebek Okan adı ilə sosial mediada məşhurlaşmışdı. O daha sonra cinsiyyət dəyişdirərək adını Selin Ciyərci qoymuşdu. Bununla da kifayətlənməyən Selin, məşhur futbolçu Gökhan Çıra ilə ailə həyatı qurmuşdu. Ən böyük arzusunun ana olmaq olduğunu deyən Ciyerci surroqat ana vasitəsilə qız övlad sahibi də olub.

Hər kəsin maraqla izlədiyi "İşte benim stilim" yarışmasının adından söz etdirən iştirakçılarından biri olan Neslihan Doğrusöz də cinsiyyət dəyişdirərək Doruk Doğrusöz adı ilə həyatına davam edir. 2024-cü ildə müğənni Sevda Demirelle nişanlanan Doruk Doğrusöz evlilik hazırlığındaykən ani qərarla segilisindən ayrılıb.

"Çukur" serialındakı Timsah obrazı ilə şöhrət qazanan Ahmet Melih Yılmaz son illərdə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək pərəstişkarlarına şok yaşaıb. Cinsiyyət dəyişikliyi əməliyyatı edən Ahmet Melih Yılmaz xarici görünüşünü dəyişdikdən sonra adını da Meli Bendeli olaraq dəyişdirib. Aktyor işsizlikdən şikayətlənərək "Kaş ki, qadın olmaq istədiyim üçün işim əlimdən alınmasaydı, kaş ki, məcbur olmasaydım. Kaş ki, hər şey bu qədər çətin olmayaydı” sözlərini demişdi. 

"İlişki Durumu Qarışıq" serialında Güləndam obrazı ilə rol alan aktrisa Aybike Esin Tumluer də cinsiyyətini dəyişib. O, adını da dəyişərək Atlas Karan qoyub. Məşhur aktrisanın son görünüşü görənləri heyrətə gətirib.


Aysel Hacızadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:487
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 31 Yanvar 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri