Ciorcia Meloni: İtaliya Livanda atəşkəsi dəstəkləmək öhdəliyinə sadiqdir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Roma, 15 dekabr, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin Livanda atəşkəsi dəstəkləmək öhdəliyinə sadiq olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Ciorcia Meloni Romada səfərdə olan livanlı həmkarı Nəcib Mikati ilə görüş keçirib.
Ciorcia Meloni BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin oynadığı rolun vacibliyini qeyd edib, hərbçilərin təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini bildirib.
Görüşdə Suriyadakı vəziyyət də müzakirə olunub. İtaliyanın Baş naziri Suriya birliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasının, azlıqların müdafiəsinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















