Icma.az
close
up
RU
İtaliya nüvə sintezində aparıcı mövqedədir Ciorcia Meloni KONKRET

İtaliya nüvə sintezində aparıcı mövqedədir Ciorcia Meloni KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İtaliya nüvə sintezində aparıcı mövqedəri.

KONKRET.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Ciorcia Meloni Bakıda keçirilən COP29 sammitində çıxışı zamanı deyib.

Meloni qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün birgə fəaliyyətə çağırıb və sammitə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib.

O, Dubay sammitində qarşıya qoyulan məqsədlərdən danışaraq, 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılmasının vacibliyini vurğulayaraq, ən böyük istixana qazı emissiyaları mənbələri arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Onun sözlərinə görə, İtaliya iqlim fondundan Afrika təşəbbüslərinə 4 milyard avrodan çox vəsait ayırmaqla və həm Yaşıl İqlim Fondunu, həm də Təzminat Fondunu dəstəkləməklə üzərinə düşəni etməyə hazırdır.

Meloni həmçinin balanslaşdırılmış enerji keçidinin və dəstəklənən texnologiya neytrallığının vacibliyini vurğulayıb. O, bərpa olunan mənbələr, bioyanacaq, hidrogen və nüvə sintezini əhatə edən şaxələndirilmiş bir yanaşma təklif edərək, qalıcı yanacaqlara vahid alternativin olmadığını qeyd edib.

“İtaliya nüvə sintezi sahəsində aparıcı mövqedədir. G7-yə sədrliyimiz çərçivəsində biz Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sponsorluğu ilə World Fusion Energy Group-un ilk iclasını təşkil etdik. Oyunun qaydalarını dəyişdirmək, enerjini geosiyasi silahdan ortaq resursa çevirmək potensialına malik olan bu texnologiyanı yenidən işə salmağa qərarlıyıq”, – o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Noyabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri