Ciorcia Meloni: İtaliya Qəzzanın yenidən qurulmasında aparıcı rol oynamağa hazırdır AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Roma, 14 dekabr, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin Qəzza zolağının sabitləşdirilməsi və yenidən qurulmasında aparıcı rol oynamağa, Fələstin təsisatlarının gücləndirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Ciorcia Meloni Romada səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.
Ciorcia Meloni görüşdə Qəzzada hərbi əməliyyatların dayandırılması və hələ də HƏMAS-ın əlində olan girovların azad edilməsi üçün göstərilən vasitəçilik səylərinə ölkəsinin tam dəstəyini yeniləyib. O, İtaliya hökumətinin bütün sektorlarda, o cümlədən, “Qəzza üçün ərzaq” təşəbbüsü və zolaqdakı mülki əhaliyə göstərilən yardım da daxil olmaqla, güclü öhdəliyini vurğulayıb.
Baş nazir İsrail və Fələstin arasında sülh şəraitinin, ölkələrin təhlükəsizliyini təmin etməklə yanaşı, iki dövlət perspektivinə əsaslanan qalıcı siyasi həll yolunun vacibliyini qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















