Icma.az
close
up
RU
Cipli nömrələr tarixə qovuşur: Yenilik nə verəcək, nə alacaq?

Cipli nömrələr tarixə qovuşur: Yenilik nə verəcək, nə alacaq?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur.

Bakıvaxtı.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb.

Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.

Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.

Avtomobillərdə çipli dövlət qeydiyyat nişanlarının ləğv edilməsi barədə qərar cəmiyyətdə müzakirələrə səbəb olub. Yeni dəyişiklik bir tərəfdən nəzarət sisteminin sadələşdirilməsi və texniki xərclərin azaldılması məqsədi daşısa da, digər tərəfdən nəqliyyat təhlükəsizliyi, oğurluq halları və saxta nömrələrin dövriyyəsi ilə bağlı suallar doğurub.

Bəs çipsiz nömrələrə keçid, doğrudanmı, nəzarəti zəiflədəcək, yoxsa artıq sistem bu funksiyanı başqa mexanizmlərlə təmin edir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, çipin ləğvi nə avtomobil oğurluğu, nə də saxta nömrə risklərinin artması deməkdir.

Eldəniz Cəfərov: Polis və digər qurumların istifadə etdiyi elektron sistemlər çipin daşıdığı funksiyaları tam şəkildə əvəzləyir

“Çipin olmaması o demək deyil ki, bu hallar artacaq. Dövlət qeydiyyat nişanının hansı avtomobilə məxsus olduğunu müəyyənləşdirmək üçün YPX əməkdaşının sistemə baxması kifayətdir. Bütün məlumatlar mərkəzləşdirilmiş elektron bazada saxlanılır və istənilən vaxt onlayn şəkildə yoxlanıla bilər,” - ekspert deyib.

Müsahibimizin sözlərinə görə, bu dəyişiklik nəzarət mexanizminə təsir etməyəcək:

“Çünki polis və digər qurumların istifadə etdiyi elektron sistemlər artıq çipin daşıdığı funksiyaları tam şəkildə əvəzləyir. Çipli nömrələrin tətbiqi öz dövrü üçün texnoloji yenilik olsa da, indi artıq nəqliyyatın idarə olunması sistemləri xeyli inkişaf edib və bu funksiyanın rolu azalıb. İndi bütün nəqliyyat vasitələri vahid elektron qeydiyyat sistemindədir, kameralar vasitəsilə avtomobilin nömrəsi oxunur, sürücü və nəqliyyat məlumatları dərhal müəyyən edilir. Yəni çip artıq əlavə bir mərhələ kimi qalırdı”.

Bununla belə, E.Cəfərov qeyd edib ki, məsələnin müsbət və mənfi tərəflərini qiymətləndirmək üçün zamana ehtiyac var. Dediyinə görə, ilkin mərhələdə hər hansı inzibati və texniki çətinliklər istisna deyil. Amma uzunmüddətli perspektivdə, əgər yeni sistem stabil işləsə, nəzarət və profilaktika əvvəlki kimi qalacaq, hətta daha da təkmilləşəcək.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementləri tətbiq olunmayacaq. Qurumdan verilən məlumata görə, çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb. Bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.

Aynur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri