Icma.az
close
up
RU
“Cismin əsir oldu, ruhum isə azad”

“Cismin əsir oldu, ruhum isə azad”

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

1992-ci ilin fevralı… O gecə qış da ən sərt üzünü göstərdi, dizə qədər yağan qar yalnız torpağı yox, ürəkləri də üşütdü. Xocalıda günahsız körpələr, qadınlar, qocalar amansızlıqla qətlə yetirildi. 

Xocalı sakini Valeh Hüseynovun həyat hekayəsi bir insanın yox, bir millətin yaddaşıdır. Lakin yaşadığı faciə, əsirlik onu sındırmadı. Əksinə, onu mübarizə çevirdi. “Əsir düşdüm, sınmadım, ac qaldım. Amma ruhum əsir olmadı” - Valeh söhbətə başlayır: 
– Xocalı 1988-ci ildən 1992-ci ilədək düz 4 il mühasirədə qaldı. Cəmilli, Kosalar, Kərkicahan, Quşçular, Malıbəyli kəndləri yandırıldıqca növbənin Xocalıya çatdığını hiss edirdik. Ermənilər Xocalıya hər bir cığırdan hücuma keçirdilər. Bu zaman küçə döyüşləri başladı. Xocalı camaatı kiçik dəstələr yaradıb ov tüfəngi və digər yüngül silahlarla silahlanaraq erməni yaraqlılarına qarşı qəhrəmancasına döyüşürdü. Qadınlar da kişilərə kömək göstərirdi. Təsəvvür edin ki, biz kiçik silahlarla tank, PDM, zirehli texnikalar və minaatanlara qarşı vuruşurduq.
Valeh vurğulayır ki, qeyri-bərabər döyüşdə Xocalını tərk etməkdən başqa çarələri qalmayıb. Ona görə də Kətik meşəsinə üz tutublar və Tərtər çayı ilə Qarqar çayının kəsişdiyi yerdən keçməli olublar: "Biz cavanlar oradan qadınları, uşaqları, yaşlıları keçirmək məcburiyyətində idik. 23 yaşım vardı və 4 ay idi ki, ailə həyatı qurmuşdum. Həyat yoldaşım Səadətlə birlikdə o qarlı, şaxtalı havada Kətik meşəsinə çatdıq. Meşənin yolları o qədər çətin və enişli-yoxuşlu idi ki, qar yağması bu çətinliyi daha da artırmışdı. Burada bir çox insan donaraq, digərləri isə erməni gülləsinə tuş gələrək həlak oldu. Ermənilər qaçarkən Kətik meşəsindən keçəcəyimizi bildikləri üçün buranı mütəmadi atəş altında saxlayırdılar. Səhərə qədər dayanmadan getdik, Əsgərana çatanda ermənilər bizi zirehli maşınlardan atəşə tutdular. Qadın, qoca, uşaq demədən hər kəsi güllələdilər. Qaçarkən az sayda sağ qalanlar da pərən-pərən düşdülər. Məsləhət bildik ki, həyat yoldaşım Səadət, digər qadın və uşaqlarla birgə Əsgərandan Ağdama getsinlər. Özüm isə yenidən döyüşə qatıldım. Bir neçə saatdan sonra atışma dayandı, yaralanmadan xilas oldum, bir neçə yoldaşla Ağdamın Şelli kəndinə çatmağımıza az qalmışdı ki, Səadətdən xəbər aldım. Dedilər ki, Səadət orada qalıb gələ bilməyib. Onu gətirmək üçün yenidən geri qayıtmalı oldum. Səadət 12 nəfər qadın və uşaqla birgə dərədə gizlənmişdi. Qayıdarkən heç birində taqət qalmamışdı. Qaraqaya kəndinə çatmağa az qalmışdı ki, dörd tərəfdən mühasirə altına alınaraq atəşə məruz qaldıq. Səadət qarın nahiyəsindən güllə yarası aldı və elə oradaca şəhid oldu. Həyat yoldaşımın cəsədini götürmək üçün orada qaldım, təxminən iki saat gülləbaran altında gözlədim. Atışma dayandı və ermənilər hər tərəfdən bizə yaxınlaşmağa başladılar. Gülləm qurtarmışdı. Ermənilərdən bir cavan oğlan bizim yanımıza yaxınlaşanda belimdəki bıçağı çıxarıb onun üzərinə doğru hərəkət etdim. Onun qaçmağına baxmayaraq dalınca getdim. Bu vaxt başqa bir erməni silahın süngüsü ilə başıma zərbə endirdi, huşumu itirdim. Gözümü açdığım zaman yerə sərilmişdim, məni qəddarcasına döyürdülər. Sonra sağ qalanları əsir götürdülər”.
Valehi Ağdamla Əsgəran arasındakı kəndə apararaq zirzəmiyə salırlar. Martın 6-da Allahverdi Bağırovun dəstəsi Əsgəran istiqamətində hücuma keçir. Ermənilərdən biri Valehi öldürmək istəyəndə digəri “atma, yaxındadırlar, güllənin səsini eşidəcəklər” deyə imkan vermir. Valehi avtomatın qundağı ilə vururlar. Altı gün orada çox pis vəziyyətdə qalır. Martın 12-də gəlib görürlər ki, sağdır. Sürüyə-sürüyə apararaq 50-60 metrlik təpədən aşağı atırlar. Ermənilər Valehin öldüyünü zənn edirlər. Səhər gün görürlər ki, Valeh sağdır. Yenidən onu Əsgərana gətirirlər. Valeh bu dəfə qohum-tanışlarını - həyat yoldaşının əmisi Məhəmmədi və qonşuları Ələmdar kişini girovluqda görür. Amma onlar ağır işgəncələrə məruz qaldığına görə əvvəl Valehi tanımırlar. 
Həmsöhbətim əsir düşdüyü anlardan söz açaraq bildirir ki, həmin vaxt həyatının ən ağır anlarını yaşayıb. Danışdıqca söhbətimizə fasilə verib, köks ötürür. Kədərli baxışları ilə gözlərini bir nöqtəyə dikərək bir anlığa xəyallara dalır. O günləri yenidən xatırlamaq istəməsə də, əsirlikdə olduğu 27 günün əzab-əziyyətlə və olmazın işgəncələrlə keçdiyini dilə gətirirərək söhbətinə davam edir:
– “Uşağa, qadına, qocaya fərq qoymadan işgəncə verirdilər. İlk əvvəl məni döyüb kəlbətinlə dırnaqlarımı çıxarıb, dişlərimi qırdılar. Taqətsizlikdən odun sobasının üstünə yıxıldım. Yerə aşan qaynar sobanı qırılmış əllərimlə yenidən düzəltməyə məcbur etdilər. Barmaqlarım yanmasın deyə əynimdən çıxarmağa çalışdığım cırılmış köynəkdən istifadə etmək istədiyimi görəndə imkan vermədilər və əllərimi sobaya yapışdırdılar. Əllərim o qədər yanmışdı ki, sərinləməsi üçün divardakı soyuq dəmirdən tutdum. Bu an əllərim dəmirə yapışdı. Bunu görən ermənilər ayaqlarımdan tutaraq özlərinə sarı çəkəndə əllərimin dərisi buz tutmuş dəmir boruya yapışıb qaldı. Həmin dəhşətli ağrıları sanki bu gün də yaşayıram. Sonuncu işgəncələri isə sıxdıqları maye nəticəsində sol gözümün görmə qabiliyyətini itirdim.
Musiqiçi-gitara ifaçısı olduğu üçün əsir vaxtı ermənilər Valehin barmaqlarını qırırlar. Əllərini də tam yandırandan sonra soruşurlar ki, indi ifa edə biləcəksənmi Qarabağ şikəstəsini? Hər gün yaralar olan yerə vururlar ki, yara bitişməsin, yenidən açılsın. Onun ağrıları isə daha dözülməz olur.
Valeh dərindən ah çəkərək əsirlikdən azad olunmasını belə xatırlayır: “Bir gecə məni hədələyərək dedilər ki, sabah sənin ətini, qulağını, burnunu kəsib, özünə yedirdəcəyik, gözlərini çıxaracağıq. Demək olar ki, işgəncələrdən cana doymuşdum. Bizim səhhətimizi hərdənbir yoxlamaq üçün həkim gətirirdilər. Bu zaman verilən dərmanlardan bir ovuc içərək bu əzablara son vermək istədim. Lakin o qədər qan qusdum ki, dərmanları qəbul edə bilmədim. Bir gecədə saçlarım ağardı. Günorta saatları idi, saxlanıldığımız otağın qapısı açıldı. Vitali Balasanyan və yanında bir neçə erməni əsgəri içəri daxil oldu. Şəklimi mənə göstərdilər ki, bu sənsənmi? Təsdiqlədim. Özümlə əlaqəli bir neçə sual verib getdilər. Axşamçağı geri gəlib mənim üz-gözümün qanını təmizləyib, əynimə əsgər paltarı geyindirərək maşına mindirdilər. Bu vaxt arxadan biri səsləndi ki, sən Valehsən? Danışığından azərbaycanlı olduğunu anladım. Həmin adam Milli Qəhrəman Allahverdi Bağırovun döyüş yoldaşı Zahid Qarayev idi. Məni əsirlikdə olan 3 erməni ilə dəyişmişdilər. Beləcə 27 gün cəhənnəm əzabı gördüyüm əsirlikdən azad oldum”.
Əsirlikdən azad edildikdən sonra Gəncədə xəstəxanaya yerləşdirilən Valeh 4 il müalicə olunur. Nəhayət, həkimlər Valehin barmaqlarının fəaliyyətini yenidən bərpa edirlər. “Gitarada ifa etmək istəyirdim, amma sağalandan sonra da gitara tapa bilmirdim. Televizorda gitara görəndə ağlayırdım. Sonra bir tanışımın köhnə gitarasını aldım. Toylara getməyə başladım. Çörək pulumu bu yolla qazanırdım” – deyə Valeh söyləyir.
Bu, bir Xocalı sakininin acı həyat hekayəsi idi. Odur ki, Xocalı naləsi, Xocalı harayı bəşər tarixinin ən dəhşətli faciəsi kimi heç vaxt yaddaşlardan silinməyəcək. Xocalıda tökülən qanlar bu torpağın üstündə açılan çiçəklərin rəngidir. İllər ötüb keçəcək, nə Xocalı dərdi, nə də xocalılıların naləsi yaddan çıxmayacaq. 
44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər və 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan tam təmizləndi. Şəhidlərimizin, Xocalının günahsız qurbanlarının qisasını alındı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da var idi. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Müşfiq Mirzə
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see393

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see348

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see342

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see335

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see293

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see288

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see280

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see274

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see264

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see252

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see248

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see244

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see243

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see237

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see223

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see215

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see213

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see207

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see201

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri