Çiyələyi gözlə görünməyən qurdlardan təmizləmək üçün mütləq bunu edin
Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çiyələk və digər bir çox meyvələrdə drozofila milçəyinin gözlə görünməyən qurdları aşkar etmək olur. Meyvəni duzlu suda isladandan sonra bu kiçik qurdlar çölə çıxmağa başlayır.
ABŞ mütəxəssisləri qeyd edir ki, bu qurdlar insan sağlamlığına ziyan vurmur. Lakin təbii ki, heç kim onların orqanizmə düşməsini istəməz.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, mütəxəssislər meyvələri yedikdən əvvəl 15-20 dəqiqə duzlu suda islatmağı tövsiyə edirlər.
Suya soda da əlavə etmək lazımdır – bu meyvələri pestisidlərdən təmizləyir. Ziyanlı maddələr olan pestisidlər meyvələrə gübrə ilə daxil olur. Pestisidlər sağlamlığa ciddi ziyan vurur – immuniteti zəiflədir, ürək-damar və cinsiyyət sisteminə mənfi təsir edir, xərçəngin riskini artırır.
Beləliklə, yedikdən əvvəl meyvələri duz və soda əlavə olunmuş suda 15-20 dəqiqə isladın, sonra meyvələri axar suda yuyun.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 Noyabr 2024 02:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















