“ÇL də üç qol vurmaq asan deyil”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Şaxtyor”un (Donetsk) baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda AEK-ə qarşı qazanılan qələbəni dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, türkiyəli mütəxəssis Londonun “Stemford Bric” stadionunda keçirilən görüşdən sonra fikirlərini bölüşüb:
“Futbolçularıma təşəkkür edirəm. Çempionlar Liqasında üç qol vurmaq asan deyil. Bəli, “Donbas Arena”da oynamırıq, bəli, evimiz əlimizdən alınıb. Amma insanlar gəlib bizi dəstəkləyirlərsə, deməli, bura da bizim evimizdir. Təbii ki, səhvlərimizi düzəltməliyik. “Sportinq”lə növbəti matçda tribunalarda daha çox ukraynalı, eləcə də türkiyəli azarkeş görmək istəyirəm. Rinat Axmetovun stadionda olması barədə isə deyə bilərəm ki, ailə lidersiz və atasız ola bilməz. Onun dəstəyi möhtəşəmdir”.
Xatırladaq ki, iki turdan sonra aktivində 4 xal olan Ukrayna təmsilçisi ümumi turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. “Şaxtyor” növbəti matçını oktyabrın 21-də Bakı vaxtı ilə saat 22:00-da Milanın “İnter” klubuna qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 Oktyabr 2026 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















