Icma.az
close
up
RU
Çobanyastığı dəmləməsi içmirsinizsə, çox şey itirirsiniz FAYDALI

Çobanyastığı dəmləməsi içmirsinizsə, çox şey itirirsiniz FAYDALI

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çobanyastığı tək bir çiçək deyil, xırda çiçəklərin birləşməsindən ibarət çiçək səbətidir.
Bəyaz ləçəkləri ilə göz oxşayan, hər kəsin sevimlisi olan bu birillik ot bitkisi güclü antiseptik, iltihabəleyhinə, spazmolitik təsirlərə malikdir, iltihab və spazmı aradan qaldırmağa yardımçı olur.
Modern.az xəbər verir ki, tanınmış fitoterapevt doktor Füzuli Hüseynovun sözlərinə görə, çobanyastığı həqiqətən də içilməsi lazım olan faydalı bitkidir.
“Çobanyastığı o qədər sirli bitkidir ki, hər ölkədə onun dəmləməsi ayrı-ayrı faydalarına görə içilir”.
Çobanyastığı, həm də sakitləşdirici təsir göstərir, yuxu keyfiyyətini yaxşılaşdırmaq və gündəlik yorğunluğu aradan qaldırmağa kömək edir. Həmçinin həzmi yaxşılaşdırır, regenerasiya proseslərini sürətləndirərək yara və xoraların sağalmasını tezləşdirir.
Əczaçılıqda aptek çobanyastığının quru və duru ekstraktlarından, dəmləməsindən, yağından və s. istifadə olunur. Ekstraktı şampunların, sabunların, kremlərin və digər kosmetik vasitələrin istehsalında tətbiq edilir.
Bitkinin dəmləməsi təkcə daxilə qəbul ilə məhdudlaşmayıb, ağız boşluğu və dişəti problemlərində qarqara kimi, dəri problemlərində isə xaricə tətbiq edilir.
Füzuli Hüseynov: “Təkcə xəstələndiyiniz zaman yox, bir adət halına gətirib həftədə 5-6 dəfə çobanyastığı çayı içməyinizi tövsiyə edirəm. Məsələn, axşam yatmazdan əvvəl 1 stəkan dəmləmə içmək həm əsəbləri sakitləşdirir, həm də yuxunu dərinləşdirir.

Çobanyastığı çiçəklərini axşamlar yatmazdan əvvəl süddə də dəmləyib içmək olar. Bu üsul daha çox Amerikada yayılmışdır.

Çobanyastığı bitkisinin bir neçə növü vardır. Çay kimi faydalarına görə kiçik və çiçəyinə əl vuranda ovulan növündən, yəni aptek çobanyastığından istifadə olunur. Azərbaycanda daha çox çiçəkləri böyük olan çobanyastığı növləri geniş yayılmışdır. Bunlar xaricə, müxtəlif dəri səpgilərində, diatezlərdə, dəri ləkələrində və əsəbləri sakitləşdirmək üçün vanna şəklində istifadə olunur. Yaxşı olar ki, çay kimi daxilə içilən çobanyastığını apteklərdən alasınız”.

Füzuli Hüseynovun çobanyastığı bitkisinin faydaları haqqqında dedikləri:

Statistik araşdırmalar göstərir ki, dünyada hər gün 1 milyondan çox insan çobanyastığı çayından istifadə edir.

Mədə yarası kimi qeyri-spesifik xəstəliyin bəzən illərlə müalicə olunmasına baxmayaraq heç bir nəticə əldə olunmur. Belə xəstələr 3 ay gündə 4 dəfə çobanyastığı çayı içsələr faydalı olar.

Çobanyastığı çiçəyinin spazmolitik effekti vardır. Ona görə də köpdə, ishalda, bağırsaq spazmlarında gündə 3 dəfə içilir.

Qastrit və kolitdə, mədə-bağırsaq yaralarında gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Çobanyastığı çiçəyi çayından müntəzəm istifadə şəkərli diabetin inkişaf riskini azaldır, görmə itiliyini artırır, onu mütəmadi içənlər piylənmir, əksinə həmişə formada qalırlar, əsəbləri gərgin olmur, yuxu problemləri olmur, dəriləri canlı qalır, çünki çobanyastığı təbii antioksidant mənbəyidir və qocalmanı ləngidir.

Aybaşı pozulmasından əziyyət çəkən və klimakterik dövrdə olan xanımlarımız üçün faydalı bir çaydır.

Ağız, boğaz yaralarında, faringitlərdə 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir və gündə 3 dəfə qarqara edilir.

Rinitlərdə və allergik rinitlərdə, haymoritdə 2 xörək qaşığı çobanyastığı 2 stəkan suda dəmlənilir, yavaş təzyiqlə burun dəliklərindən birinə vurulur və digər burun dəliyindən tökülür; bunu gündə 2 dəfə etmək lazımdır.

Göz sulanması, konyuktivit, iltihab və qızarmalarda 1 çay qaşığı çobanyastığı 1 stəkan suda dəmlənir, yavaş-yavaş gözə tökülərək göz almaları yuyulur.

Uşaqlarda bağırsaq infeksiyaları zamanı 1 xörək qaşığı çobanyastığı 3 stəkan suda dəmlənir və bağırsaqlar yuyulur.

Frontit və haymorit zamanı 2 xörək qaşığı çobanyastığı 1 stəkan suda vam odda qaynadılır, buxarı üzə verilir. Bu zaman baş dəsmalla örtülməli, otaq isti olmalıdır. Yaxşı olar ki, bunu gecə yatmazdan əvvəl edəsiniz.

0.5 litrlik şüşə butulkanı yarıya qədər çobanyastığı ilə doldurun, üstünə zeytun yağı tam dolana qədər tökün, ağzını bağlayın 40-60 dərəcəli sobanın və ya otaq isidicisinin üstündə 2 həftə saxlayın, sonra süzün, çobanyastığı yağı alınır. Bu yağ dərini parıldadır, təravətləndirir, yuyunmazdan 2-3 saat əvvəl bu yağla dəri masaj edildikdə təsiri daha yaxşı olur. Oynaq ağrılarını azaldır, kiçik yaşlı uşaqlarda qarın ağrısı zamanı bel və qarın nahiyələrinin çobanyastığı yağı ilə ovuşdurulması sancıları kəsir, saç tökülməsində, kəpəklənmələrdə yuyulmazdan 3 saat əvvəl saç dibləri çobanyastığı yağı ilə masaj edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Avqust 2026 07:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see456

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see410

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see257

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see241

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see239

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see226

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see221

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see201

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see196

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see194

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see182

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see177

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see173

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see173

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see166

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see165

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see160

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see157

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see157

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri