Coğrafiya İnstitutunun elmi seminarında “Siyasi şok doktrinası” mövzusunda məruzə dinlənilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında Türkiyənin Ege Universitetinin Çağdaş Dumanın “Siyasi şok doktrinası” mövzusunda məruzəsi dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə “Siyasi şok doktrinası”nın hibrid konsepsiyası çərçivəsində regional və qlobal siyasi arenaların formalaşmasında böhran və fövqəladə halların rolu müzakirə olunub. Nəzəri əsasları real nümunələr ilə birlikdə təqdim edən tədqiqatçı-yazar Çağdaş Duma xüsusilə son illərdə yaşanan dərin böhranları müasir proseslər əsasında təhlil edib.
Beynəlxalq kontekstdə kritik əhəmiyyət kəsb edən bu konsepsiya qlobal siyasətə işıq salaraq bir daha akademik çərçivədə müzakirə olunub. Məruzə ətrafında fikir mübadiləsi aparılıb, verilən suallar cavablandırılıb.
Sonda məruzəçi Bakıda və Coğrafiya İnstitutunda olmaqdan məmnun olduğunu dilə gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















