Icma.az
close
up
RU
Coğrafiya İnstitutunun Elmi şurasında təcrübə hesabatı dinlənilib

Coğrafiya İnstitutunun Elmi şurasında təcrübə hesabatı dinlənilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib. İclasa institutun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani sədrlik edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə yeni qəbul olunmuş doktorantlar, onların elmi rəhbərləri və Almaniyanın Gissen Universitetinin Azərbaycanda təcrübə keçən tələbələri də iştirak ediblər.

Əvvəlcə dissertantların dissertasiya mövzularının adları müzakirə edilərək təsdiq edilib. Sonra Coğrafiya İnstitutu ilə Almaniyanın Gissen Universitetinin Coğrafiya departamenti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən tələbə mübadiləsi çərçivəsində 3 ay müddətinə Gissen şəhərinə ezam edilmiş Demoqrafiya və əhali coğrafiyası şöbəsinin əməkdaşı Bəyimxanım Hüseynovanın hesabatı dinlənilib.

DAAD-ın (Alman Akademik Mübadilə Xidməti) “Şərq-Qərb Dialoqu-2025” proqramının “Transmilli geoparkların yaradılması ilə regional əməkdaşlığın gücləndirilməsi” layihəsinə əsasən B.Hüseynova keçdiyi təcrübə müddətində qatıldığı elmi seminarlar, onların əhəmiyyəti, gələcək tədqiqatlarda rolu və faydaları barədə təqdimatla çıxış edib. Seminarda doktorant qatıldığı ekskursiyalar, konfranslar və elmi-təcrübi işlər barədə məlumat verib, bu kimi proqramların gənclərin tədqiqat işi aparmaq bacarıqlarının artırılması, onların dil bacarıqlarının inkişaf etdirilməsi və yeni təcrübələrə yiyələnməsi baxımından əhəmiyyətini vurğulayıb.

Həmin əməkdaşlıq çərçivəsində 1 ay müddətində Almaniyanın Gissen Universitetində təcrübə mübadiləsi keçmiş Turizm və rekreasiya coğrafiyası şöbəsinin baş laborantı Şəms İmrani də təqdimatla çıxış edib.

Bildirilib ki, Coğrafiya İnstitutunun əməkdaşları - Şəms İmrani və Geoinformatika və kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı, eləcə də doktorantlar – Gülər Hidayətli, Sevinc Burzuyeva, Güllü Əsgərli və Lamiyə Xəlilova “İqlimə adaptasiya və coğrafi mübadilə” proqramının “Coğrafi təhsil və tədqiqat innovasiyası: Azərbaycanda iqlim uyğunlaşmasının birgə strategiyaları” beynəlxalq layihəsi çərçivəsində Gissen Universitetində təcrübə mübadiləsi keçiblər.

Təcrübəçilər Gissen Universitetində təşkil edilmiş elmi seminarda “Azsaylı xalqların irsinin qorunmasında icma əsaslı mədəni turizmin rolu (Quba rayonunun Qırmızı Qəsəbəsi üzrə), “Postmünaqişə zonalarında regional inkişafın təmin olunmasında idman turizminin rolu (Azərbaycan nümunəsində), “Azərbaycanda dağlıq bölgələrdə dayanıqlı turizm: Göygöl Milli Parkında ətraf mühitə təsirlər və ziyarətçi idarəçiliyi”, “Postsənaye ərazilərinin şəhər rekreasiya məkanlarına transformasiyası: Bakı şəhəri üzrə neft mənzərəsindən yaşıllıq landşaftına keçid” və “Ağıllı şəhərlər əsrində şəhər turizmi: Bakıda innovasiya və davamlılığın balanslaşdırılması” mövzularında məruzələrlə çıxış ediblər. Təlimin sonunda təcrübəçilərə sertifikat təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri