Coğrafiyaşünas alim: Tuqay meşələrinin qorunması ekoloji balans üçün vacibdir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycanın nadir ekosistemlərindən biri olan Tuqay meşələri ölkənin biomüxtəlifliyi və ekoloji tarazlığı üçün böyük əhəmiyyət daşıyır. Bu meşələrin qorunması həm təbiət, həm də insan həyatı üçün kritik rol oynayır.
Coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov AZƏRTAC-a açıqlamasında Tuqay meşələrində apardığı elmi tədqiqatların nəticələrindən danışıb. O bildirib ki, Tuqay meşələri Azərbaycanın ekoloji mühitinin mühüm amillərindən biri olmaqla yanaşı, biomüxtəlifliyin qorunmasında da vacib rol oynayır.
Alim Tuqay meşələrinin ekoloji balansın qorunmasında əhəmiyyətli funksiyalara malik olduğunu, həm insan həyatı, həm də vəhşi təbiət üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, meşələrin sistemli şəkildə məhv edilməsinin yalnız təbiətə deyil, həm də insanlara mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Mirnuh İsmayılov qeyd edib ki, meşələrin azalması nəticəsində heyvanların yaşayış məkanları daralır və bu da yaşayış məntəqələrinə hücum hallarının artması kimi risklər yaradır.
Alim, Tuqay meşələrinin qorunmasının ekosistem və insan cəmiyyəti üçün zəruri olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 28 Yanvar 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















