Icma.az
close
up
RU
Coğrafiyaşünas alim: Təbabət zəlilərinin kortəbii ovlanması ekoloji təhlükə yaradır

Coğrafiyaşünas alim: Təbabət zəlilərinin kortəbii ovlanması ekoloji təhlükə yaradır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 fevral, AZƏRTAC

Zəlilərin kortəbii ovlanması və ekoloji amillərin mənfi təsirləri onların təbii resurslarının tükənməsinə gətirib çıxara bilər. Hazırda ölkəmizin su hövzələrində minlərlə zəli brakonyerlər tərəfindən kortəbii surətdə ovlanılır və qara bazarda satılır.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev məlumat verib.

Alimin sözlərinə görə, ölkəmizdə zəlilər, əsasən göllərdən ovlanır (onları adi əl toru ilə də ovlamaq mümkündür). Bu isə olduqca təhlükəlidir. Göldən tutulan zəlilər orada yaşayan canlıların qanını sorur ki, bu da nəticədə infeksiya yayılması baxımından təhlükə törədə bilər. Bunun qarşısını almaq üçün beynəlxalq təcrübədən istifadə etmək olar. Azərbaycanda zəli yetişdirmək üçün ölkənin kifayət qədər potensialı mövcuddur. Zəli yetişdirilməsi inkubator və ya biofabrik səviyyəsində həyata keçirilə bilər.

“Problemin aradan qaldırılması və təbabət zəlisinin gələcək nəsillərə ötürülməsi məqsədilə onun yayılma areallarının müəyyən edilməsi olduqca vacib məsələlərdən biridir. Təbabət zəlisi əczaçılıq sənayesi üçün qiymətli xammaldır, müxtəlif xəstəliklərə qarşı müalicəvi və profilaktik dərman preparatlarının istehsalında, habelə müasir plastik cərrahi əməliyyatlarda və kosmetologiyada geniş istifadə olunur. Təbabət zəlilərinin regionlar üzrə coğrafi yayılması, təbii resurslarının müəyyən edilməsi istiqamətində tədqiqat aparılması Azərbaycan alimlərinin qarşısında həllini gözləyən məsələlərdən biri olmalıdır”, - deyə alim bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri