Icma.az
close
up
RU
Tuqay meşələrinin karbontutma potensialı öyrənilib

Tuqay meşələrinin karbontutma potensialı öyrənilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə, Asiya və Qafqaz üzrə regional nümayəndəliyinin meşəçilik üzrə eksperti Cuma Uykunun həmmüəllifiyi ilə “Azərbaycan meşələrində biokütlə və karbontutma potensialının hesablaması metodologiyası” adlı kitabça nəşr olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, kitabça Regional İnkişaf İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində hazırlanıb.

Tədqiqatların aparılması və kitabçanın hazırlanmasında BDU-nun Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvləri Nəzirə Abbasova, Fariz Həsənalıyev, Aydan Vəliyeva fəal iştirak ediblər.

Kitabça Tuqay meşələrinin biomüxtəliflik və ekosistem xidmətləri baxımından əhəmiyyətini ön plana çəkərək, onların karbonsaxlama potensialını qiymətləndirən sistemli metodologiyanı təqdim edir. Kitabçada meşə biokütləsinin və karbon ehtiyatlarının hesablanması üçün beynəlxalq standartlara uyğun yanaşmalar, o cümlədən yerüstü və yeraltı biokütlə, ölü odun və torpaq üzvi karbonunun qiymətləndirilməsi, allometrik tənliklərin yaradılması metodikası izah olunub. Kitabçadan ətraf mühit, meşəçilik, biologiya üzrə çalışan mütəxəssislər, həmçinin tədqiqat aparan magistrant və doktorantlar istifadə edə bilərlər.

Layihə çərçivəsində Kür çayı boyunca yayılmış Tuqay meşələri, xüsusilə Qarayazı Dövlət Təbiət Qoruğunun karbontutma potensialı öyrənilib və kitabçada öz əksini tapıb. Samur-Yalama Milli Parkının meşələrində aparılan karbon ehtiyatlarının qiymətləndirilməsi nəticəsində ilk dəfə düzən meşələrinin karbontutma potensialı üçün “Azərkosmos”un peyk görüntülərini analiz etməyə imkan verən spesifik allometrik tənlik təklif edilib.

Qeyd edək ki, layihə çərçivəsində ötən ilin noyabr ayında BDU-da müvafiq təşkilatların mütəxəssisləri, müəllimləri və tələbələri üçün metodologiya üzrə xüsusi təlimlər keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri