Icma.az
close
up
RU
Cokoviç “Miami Open” finalına yüksəldi, 100 cü tituluna bir addım yaxınlaşdı

Cokoviç “Miami Open” finalına yüksəldi, 100 cü tituluna bir addım yaxınlaşdı

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cokoviç “Miami Open” finalına yüksəldi, 100-cü tituluna bir addım yaxınlaşdı

Novak Cokovic Mayamidə keçirilən “Masters” turnirində bolqar Qriqor Dimitrovu 6:2, 6:3 hesabı ilə məğlub edərək finala yüksəldi. Serb tennisçi üçün bu, 2025-ci ildə ilk, Florida kortlarında karyerasında isə səkkizinci finaldır. Cokoviç bundan əvvəl altı dəfə “Miami Open” turnirinin qalibi olub və əgər həlledici görüşdə qalib gəlsə, yeni rekorda imza ata bilər.

Finala gedən yolda Cokoviç bir set də itirmədən bütün rəqiblərini inamla keçib. O, əvvəlki turlarda Rinki Hijikata, Uqo Karbales Baena, Lorenso Musetti və Sebastyan Kordaya qalib gəlib. Dünyanın 15-ci nömrəsi olan Dimitrov üzərində qələbə bir saatdan bir qədər çox çəkdi və 37 yaşlı serbin əla formada olmasının bir daha sübutu oldu.

Finalda Cokoviç ATP reytinqində 54-cü pillədə qərarlaşan 19 yaşlı çexiyalı Yakub Menşiklə qarşılaşacaq. Menşik turnirin əsas sensasiyasına çevrildi və yarımfinalda üçüncü sıradan olan Teylor Fritsi üç setdə məğlub etdi - 6:7 (4), 6:4, 7:6 (4). Çexiyalı tennisçi 25 eys yerinə yetirərək karyerasında ilk dəfə bu səviyyəli turnirin finalına yüksəlib. Qarşılaşma təxminən iki saat yarım davam edib.

Cokoviç finalda qalib gəlsə, Rocer Federer (103) və Cimmi Konnorsun (109) nailiyyətlərinə yaxınlaşaraq, təkbətək yarışlardakı 100-cü titulunu qazanacaq. Bu, həm də onun Mayami turnirində yeddinci qələbəsi olacaq ki, bu da yarış tarixində yeni rekord olacaq.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 29 Mart 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri