Icma.az
close
up
RU
“Colani Colan təpələrinin İsrail tərəfindən işğalına və ilhaqına razı olacaqmı?..”

“Colani Colan təpələrinin İsrail tərəfindən işğalına və ilhaqına razı olacaqmı?..”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Görəsən, Bəşər Əsədin devrilməsi üçün səxavətlə pullar ayıran Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri Suriyanın bərpası üçün də yetərincə vəsait ayıracaqlarmı?..”

“Suriyadakı keçid hökuməti çox mürəkkəb və çətin bir vəziyyətlə üzləşib. Ölkə faktiki olaraq parçalanıb. Onun bir hissəsinə Amerikanın çox səxavətlə hərbi-siyasi maliyyə yardımı göstərdiyi kürd hərbi qruplaşmaları nəzarət edir. Özü də onlar kürdlərin Suriyada ənənəvi yaşadığı ərazilərdəndə  kənara çıxaraq daha böyük əraziləri zəbt ediblər. Şübhəsiz ki, həmin qruplaşmalar özləri üçün hansısa bir əlavə imtiyaz, hüquq, ən azı muxtariyyət tələb edəcəklər. Əllərində qoşun, arxalarında Amerika dayanır”.

Politoloq Zərdüşt Əlizadə bu fikirləri Moderator.az əməkdaşının  “Sizcə, yeni yaradılan keçid hökuməti Suriyada müəyyən etdikləri 18 ay müddətində sabitliyə və  ölkənin ərazi bütövlüyünə nail olacaqmı? Onsuz da hələ ölkədə faktiki vətəndaş müharibəsi dayanmayıb, “YPG”- “PYD” kimi kürd qruplaşmalarıyla döyüşlər davam edir...” sualını cavablandırarkən ifadə edib. 

“İkincisi, Türkiyənin müdafiə etdiyi türkman hərbi birləşmələri mövcuddur. Onlar da artıq 10 ildən çoxdur ki, hərbi təlim keçirlər və ordu şəklinə düşüblər... 

Və üçüncüsü, Əsədin devrilməsini həyata keçirmiş əsas hərbi güc olan “Heyət Təhrir əş-Şam” qruplaşması var ki, onun başçısı əbu Məhəmməd Colaninin başına neçə illərdir ki, ABŞ MKİ tərəfindən 10 milyon dollar pul qoyulub. O da dünya miqyaslı terrorçu kimi tanınır. Colani əslən Suriyanın “Colan(yaxud Holan) təpələri” deyilən ərazisindəndir.  Məlum olduğu kimi Tramp hələ ilk prezidentliyi dövründə həmin ərazinin İsrail tərəfindən ilhaq edilməsini tanıyıb. İsrail də Colan təpələrini zəbt edib və indi də elan edib ki, o ərazi əbədi İsrail torpaqlarıdır. Yəni Colaninin vətəni işğal edilib və o da vətəninin işğaldan azad edilməsi üçün mübarizəyə qalxmış 40 yaşli bir insan, bir kişidir. Həyatının da böyük bir hissəsi hərbi bir döyüşçü kimi keçib. İndi Colani Colan təpələrinin İsrail tərəfindən işğalına və ilhaqına razı olacaqmı? Düşünmürəm. Məsələn, hər hansı bir şuşalı razı olardımı ki, Şuşa əbədi olaraq Ermənistanın tərkibində qalsın. Əsla. Əlində silah olan silahla, qələmi olan qələmlə döyüşürdü”, - deyə davamında siyasi şərhçi diqqətə çatdırıb.

“Bundan başqa, Suriyada 50 ildən çox hakimiyyətdə olmuş ələvi zümrəsi var. Onlar ölkədəki əksər gəlirli, mənfəətli sahələri ələ keçiriblər. Əsəd qaçsa da, ələvilər göyə uçmadı ki... Ölkə əhalisinin 12 faizi ələvi təriqətinə mənsub insanlardır. Onlar ki, Suruyada qalırlar, yaşayırlar. Onların özləri, ailələri var, cəmiyyətdə müəyyən mövqeləri, nüfuzları var... Bir sözlə, bütün bu sadalanan tərəfləri ortaq məxrəcə gətirmək çox müşkül məsələdir. Suriya çoxdinli, təriqətli və çoxmillətli bir ölkədir. Ərəbi, bədəvisi, türkmanı, kürdü, ermənisi, druzu və s. var. Belə bir ciddi qüvvələr nisbətində tarazlıq yaratmaq, Suriya vətəndaşının həyatına təminat vermək çox çətindir. İndi deyirlər ki, Əsəd devriləndən sonra ölkədəki və xaricdəki Suriya qaçqınları axınla öz vətənlərinə, yurdlarına qayıdırlar. Onların yaşayışını, təhlükəsizliyini təmin etmək böyük və ağır bir məsuliyyətdir, eyni zamanda böyük xərclər tələb edir...  Və görəsən, Bəşər Əsədin devrilməsi üçün səxavətlə pullar ayıran Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri Suriyanın bərpası üçün də yetərincə vəsait ayıracaqlarmı? Artıq Suriyada cıdır meydanı kimi atlarını qovmağa öyrəşmiş xarici qüvvələr Suriya xalqına, onun siyasi qüvvələrinə imkan verəcəklərmi ki, onlar öz aralarında razılığa gəlib ölkənin bərpasına və yenidən inkişafına nail olsunlar... Bunu demək çətindir. Mürəkkəb bir məsələdir”,- politoloq vurğulayıb.

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri