Icma.az
close
up
RU
Colgate Azərbaycanda da təhlükəlidir? Stomatoloq

Colgate Azərbaycanda da təhlükəlidir? Stomatoloq

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Argentina hökuməti yerli sakinlərin şikayətləri əsasında "Colgate" diş məcununun istifadəsini, yayılmasını və təşviqini qadağan edib.

Bu barədə Argentinanın milli dərman vasitələri, qida məhsulları və tibbi texnologiyaların keyfiyyətinə nəzarət idarəsi (ANMAT) məlumat yayıb.

İstehlakçılar "Colgate Total Active Prevention Clean Mint" diş məcunundan şikayət ediblər. Şikayətlər diş məcununun yan təsirləri ilə bağlı bağlı olub. Bu cür şikayətlərin sayı 19-a çatıb.

ANMAT diş məcunundan istifadədən sonra ağız boşluğu toxumalarının qıcıqlanması və iltihabı, qabarcıqların, yaraların, yanmanın, şişkinliyin və ağrının yaranması barədə məlumatlar alıb.

Adıçəkilən qurum bu cür halların monitorinqini həyata keçirir və əhalini diş məcunundan istifadədən sonra yaranan hər hansı arzuolunmaz hadisələr barədə məlumat verməyə çağırıb.Qeyd edək ki, sözügedən markanın Braziliyada da satışı dayandırılıb.

Bu məhsuldan istifadə nəticəsində iltihab, qabarcıq, yanma və s. kimi fəsadlar yaranıb. Bu cür reaksiyalar hansı maddələrlə əlaqəli ola bilər? 
Bu məhsulun Azərbaycanda satılması təhlükəli hesab oluna bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan stomatoloq, üz-çənə cərrahı İdris Rəhimli bildirib ki, Argentinada “Colgate Total Active Prevention Clean Mint" pastası ilə bağlı qərar şikayətlərə əsaslanıb:

“Argentinada "Colgate Total Active Prevention Clean Mint" diş məcununun satışı yerli sakinlərin şikayətləri nəzərə alınaraq dayandırılıb. Bu məhsul gündə iki dəfə istifadə edildikdə, 12-24 saatlıq antibakterial qoruma təmin edən stannous fluorid əsaslı diş pastasıdır. 

Stannous fluorid ( kimyəvi adı: SnF₂) diş pastalarında istifadə olunan fluorid tərkibli birləşmədir və əsasən dişləri qorumaq, çürümənin qarşısını almaq və diş əti xəstəliklərini azaltmaq məqsədilə tətbiq olunur”.

Stomatoloq qeyd edib ki, stannous fluorid güclü qoruma təmin etsə də, bəzi hallarda əks təsirlər yarada bilər:

“Diş pastalarında əsasən üç növ fluorid maddəsi istifadə olunur. Bunlar, Sodium fluorid (NaF), Sodium monofluorofosfat (MFP) və Stannous fluoriddir (SnF₂). Bu maddələr arasında ən güclü təsirə malik olan Stannous fluorid (SnF₂) hesab olunur. O, ümumilikdə təhlükəsiz və effektiv komponent sayılsa da, bəzi hallarda müəyyən əks təsirlərə yol aça bilər.

Uzunmüddətli istifadə zamanı bəzi şəxslərdə diş səthində səthi ləkələr yarana bilər. Bu ləkələr kosmetik xarakterlidir və stomatoloq tərəfindən asanlıqla təmizlənə bilər. Müasir formulalar bu təsiri minimuma endirib. Bəzi istifadəçilər stannous fluoridli diş pastasından sonra ağızda “dəmir” və ya “metal” dad hiss edə bilərlər. 

Həssas şəxslərdə ağızın selikli qişasında (yanaq içi, diş əti, dil) yüngül yanma və ya qıcıqlanma müşahidə oluna bilər. Diş pastası təsadüfən çox miqdarda udularsa, xüsusilə uşaqlarda mədə narahatlığı, ürəkbulanma və ya ishal baş verə bilər.

Stannous fluoridə qarşı allergiya nadir rast gəlinən hal olsa da, bəzi insanlarda dodaq, dil və boğazda şişmə, səpki və nəfəs darlığı ilə müşayiət olunan ciddi reaksiyalar baş verə bilər. Bu halda dərhal tibbi yardım alınmalıdır. 

6 yaşdan kiçik uşaqlarda stannous fluorid tərkibli diş pastalarının yalnız böyüklərin nəzarəti altında istifadə olunması tövsiyə edilir. İstifadəçilər diş pastası seçərkən tərkibə diqqət etməli və hər hansı narahatlıq hiss etdikdə stomatoloqa müraciət etməlidirlər”.

İdris Rəhimlinin sözlərinə görə, stannous fluorid tərkibli olmayan, lakin yüksək keyfiyyətə malik diş pastaları da var:

“Bu tip məhsullar arasında bəzi hallarda alternativlər daha uyğun ola bilər. Məsələn, "Parodontax" sodium bicarbonate və sodium fluoride əsaslı tərkibə malikdir. Qanayan diş əti problemi yaşayan şəxslər üçün ideal seçimdir.

Bundan başqa, "Sensodyne" ıronamel – mina eroziyasına qarşı qoruyucu təsir göstərir və həssas dişlər üçün nəzərdə tutulub. Tərkibi təravətli olsa da, zərif və yumşaq dadlıdır.

"Biorepair" fluorid tərkibli deyil və bu baxımdan fluoridə qarşı həssaslıq göstərənlər üçün alternativ hesab olunur. Bu diş pastası "microRepair" texnologiyası ilə hazırlanıb və diş minasının bərpasını hədəfləyir.

Diş pastası seçimi şəxsi ehtiyaclara uyğun müəyyən edilməlidir. Əgər diş pastasına qarşı hər hansı həssaslıq hiss edilirsə, alternativ məhsula müraciət etmək lazımdır”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:355
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri