Icma.az
close
up
RU
“Colgate” diş məcunu Azərbaycanda qadağan olunur? KONKRET

“Colgate” diş məcunu Azərbaycanda qadağan olunur? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Argentinada “Colgate Total Clean Mint” diş məcununun satışı qadağan edilib. Bu barədə Argentinanın milli dərman vasitələri, qida məhsulları və tibbi texnologiyaların keyfiyyətinə nəzarət idarəsi (ANMAT) məlumat yayıb. Qurum qadağanı “Colgate”dən istifadə etdikdən sonra ağızın qıcıqlanması ilə bağlı istehlakçıların artan şikayətləri ilə izah edib. İstehlakçılar diş məcunundan istifadə etdikdən sonra ağız boşluğu toxumalarının qıcıqlanması, iltihabı, yanma, diş ətində şişkinlik və ağrının yaranmasından şikayətləniblər. Sözügedən markanın Braziliyada da satışı dayandırılıb.

Bəs Azərbaycanda vəziyyət nə yerdədir? Bu diş məcunu ilə bağlı monitorinq aparılır? Müvafiq quruma hər hansı şikayət daxil olub? Qarşıdakı dövrdə satışına qadağa qoyula bilər?

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb.

Məlumatda vurğulanıb ki, “Colgate Total Clean Mint” adlı diş məcununun insan həyatına və sağlamlığına zərər vurması ilə bağlı indiyədək istehlakçılardan agentliyə hər hansı şikayət daxil olmayıb:

“Qeyd edilən məsələ ilə bağlı dəqiq faktlar (sübutlar) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim olunacağı təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada qeyri-qida istehlak mallarına, o cümlədən diş məcunlarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur. Texniki reqlamentlər qüvvəyə minənədək təsərrüfat subyektləri diş məcunlarına dair standartların və uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər.

Diş məcunlarına dair tələblər ГОСТ 7983-2016 “Пасты зубные. Общие технические условия” dövlətlərarası standartında əks olunub. Bu standart diş məcunlarının klinik (klinik və laboratoriya) və toksikoloji göstəricilərinə, diş minasına və ağız boşluğunun yumşaq toxumalarına təsirinə, hidrogen göstəricisinə (pH) və digər göstəricilərə dair tələbləri özündə ehtiva edir.

Bundan əlavə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qanunvericilik aktları və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı, əmlakı və ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələbləri müəyyən edilmiş mallar, işlər və xidmətlər qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Tələblərə uyğunluğu təsdiq edən sertifikat olmadıqda belə malların, o cümlədən xarici malların, Azərbaycan Respublikasında satışı və istifadəsi qadağandır.

Eyni zamanda bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Bu müddət ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yalnız insanların həyatına və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə əsaslandırılmış müraciətlər olduqda yoxlama apara bilər.

Nəzərinizə çatdırırıq ki, Agentliyə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) vasitəsilə müraciət etmək mümkündür” , – məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyul 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri