Icma.az
close
up
RU
COP for Hope: Nepal Prezidenti Bakıda keçirilən COP29dan əsas gözləntilərdən danışdı

COP for Hope: Nepal Prezidenti Bakıda keçirilən COP29dan əsas gözləntilərdən danışdı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Bugünkü müsahibimiz - Nepal Prezidenti Ram Çandra Paudeldir. Özünəməxsus təbii resursları və mədəni irsi ilə tanınan Nepal iqlim dəyişikliyi ilə əlaqəli bir sıra çətinliklərlə üzləşir. Demokrat.az xəbər verir ki, Trend-ə özəl müsahibədə Nepal Prezidenti dayanıqlı inkişafa baxışını, adaptasiya yollarını və daha yaxşı gələcək naminə beynəlxalq səviyyədə əməkdaşlıq perspektivlərini bölüşür.

O qeyd edib ki, Nepal Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfi kimi bu gün Azərbaycanda işə başlayan COP29-a böyük əhəmiyyət verir.

"İqlim dəyişikliyi bəşər sivilizasiyası, mədəniyyəti, eləcə də, ana torpaq üçün artan təhlükə yaratdığından, biz indi bəşər tarixində həlledici mərhələdəyik. Vəziyyətin ciddiliyi ondan ibarətdir ki, BMT bu yaxınlarda hamımızı xəbərdar etdi ki, hazırkı iqlim böhranını həll etmək üçün müvafiq tədbirlər görməsək, bu əsrin sonuna qədər temperatur 3,1°C yüksələ bilər.

Dünya təşkilatının mesajı səsli və aydındır: dünya hazırda iqlim böhranının ortasındadır və biz hamımız bunun nəticələrini yumşaltmaq üçün birlikdə səy göstərməliyik. Bununla əlaqədar olaraq, burada qeyd etmək yerinə düşər ki, Nepal “Yaşıl Dünya üçün Həmrəylik” prinsipinə uyğun olan yol xəritəsi üzərində COP Üçlüyünün Sədrlikləri ilə işləmək öhdəliyi götürüb. Nepal, həmçinin, COP29-un Bakıda uğurla keçirilməsinə tam dəstəyini ifadə edir", - deyə o bildirib.

Nepalın COP29 üçün prioritetləri

Paudel bildirib ki, COP29 həm də Nepal üçün öz mövqeyini təqdim etmək üçün bir fürsətdir.

“Mən konfransda iqlim fəlakətləri ilə bağlı məsələlərə dair mövqeyimizi qəti şəkildə bəyan edəcəyəm, həmçinin, COP-dan texnoloji və adaptiv həllər tələb edəcəyəm. Biz onlara müraciət etməliyik, çünki Nepalda son vaxtlar aramsız yağışlar və daşqınlar 200-dən çox insanın həyatına son qoyub və infrastruktura böyük ziyan vurub. Təbii fəlakət ən az inkişaf etmiş və dənizə çıxışı olmayan bir ölkəyə milyonlarla dollara başa gəlib!” - Nepal Prezidenti bildirib.

O əlavə edib ki, qlobal istiləşmə nəticəsində dağlarda qar əriyir:

"Buzlaqlar parçalandı, böyük dağıntılara səbəb oldu və aşağı axınlarda yaşayan insanlar üçün ciddi təhlükə yaratdı. Biz başa düşməliyik ki, dağlıq bölgələrin üzləşdiyi böhran qlobal problemdir. Əslində, bölgənin əsas şirin su mənbəyi olan əzəmətli Himalay dağları ilə bərəkətli olan Nepal iqlim dəyişikliyinə yüksək həssaslığına görə Yaşıl İqlim Fondunun xüsusi diqqətinə layiqdir. Nepal, həmçinin, iqlimlə bağlı mövcud problemlərin həllində məhdud resurslarla da olsa, səy göstərdiyinə görə xüsusi diqqətə layiqdir. Yaşıl İqlim Fondunun səxavəti həlledici rol oynanır, çünki Nepal artıq 2045-ci ilə qədərkarbon neytrallığı və 2050-ci ilə qədər mənfi karbon tullantıları kimi iddialı iqlim dəyişikliyi hədəflərinə doğru getməyə başlayıb".

Prezident bildirilib ki, bundan başqa, Nepal 2030-cu ilə qədər meşə örtüyünü 45 faizə çatdırmağı öhdəsinə götürüb və buna artıq nail olunub:

"Buna görə də Nepalın hazırda iqlim maliyyəsi üçün səxavətli dəstəyə, eləcə də, Nepalın iqlimə davamlı gələcəyə keçidi üçün vacib olan öz potensialını artırmaq üçün qabaqcıl texnoloji "nou-hau"ya ciddi ehtiyacı var. Bu fonda “maliyyə konfransı” olaraq da adlandırılan COP29 üçün əsas gözləntilərimiz iqlim dəyişikliyinin azaldılması və öhdəliklərin genişləndirilməsi yolu ilə uyğunlaşma üçün vəsaitlərin səfərbər edilməsindən ibarətdir. Eyni zamanda, vəsaitlərin ehtiyacı olan ölkələrə ağıllı və rəvan şəkildə paylanacağını gözləyirik".

COP29-da ada dövlətləri üçün iqlim maliyyəsinin təmin edilməsi

Paudel hesab edir ki, iqlim dəyişikliyinə ən həssas olan kiçik və resurs baxımından yoxsul ölkələr iqlim ədalətinə layiqdirlər:

"Səbəb odur ki, bu ölkələr karbon emissiyalarına ən az cavabdeh olsalar da, ən çox əziyyət çəkənlərdir. Məsələn, mənim ölkəmlə bağlı ironiya ondan ibarətdir ki, Nepal istixana qazları emissiyasına cüzi töhfə versə də, iqlim dəyişikliyi fenomeninin əsas qurbanına çevrilib! "The Climate Risk" Nepalı ən çox zərər çəkən 10-cu ölkə kimi təsnif edib. Kənd təsərrüfatı məhsullarının azalması, daxili miqrasiya, şirin su ehtiyatlarının tükənməsi, biomüxtəlifliyin itirilməsi, strateji infrastrukturun zədələnməsi, torpağın keyfiyyətinin pisləşməsi ilə yanaşı,hər il yaşanan insan tələfatı tkimi iqlim dəyişikliyinin təsiri ölkənin hər tərəfində özünü göstərir".

Bu kontekstdə Paudel hesab edir ki, Nepal və digər ən az inkişaf etmiş və ada ölkələri üçün iqlim maliyyə sistemi ilə bağlı narahatlıqlarını bildirmək çox vacibdir.

"Vəsaitlərin hərəkət mexanizmi sadə, əsaslı və sürətli olmalıdır. Biz hesab edirik ki, fond qrantlar şəklində olmalı və tanınmış milli büdcə sistemi vasitəsilə bölüşdürülməlidir. Zərər çəkmiş inkişaf etməkdə olan ölkələrin daha çox əziyyət çəkməməsi üçün İtki və Zərər Fondunda artım görmək istərdik:

Üzərində düşünməli olduğumuz başqa bir cəhət dağ və dəniz ekosistemləri arasındakı əlaqədir. Onların səbəb-nəticə əlaqəsi fonunda, dağ buzlaqlarının əriməsi sahil ekologiyasına xətti və ardıcıl təsir göstərdiyinə görə, ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri institusional şəkildə əlaqələndirmək vacibdir. COP29 Sədrliyi İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri üçün maliyyələşdirmə elan etməsi ilə indi bu məsələ ilə bağlı hərəkətə keçməyin vaxtıdır. Mən bütün maraqlı tərəflərin diqqətini bu aktual mövzuya cəlb etməyə çalışacağam. Şəxsən mən inanıram ki, ən az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini bir araya gətirmək iqlim dəyişikliyinə qarşı ittifaqı gücləndirməyə kömək edəcək".

İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu

Paudel qeyd edib ki, Nepal Azərbaycanın təklif etdiyi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması ideyasına müsbət yanaşır.

"Hesab edirik ki, məqsədlərimizə çatmaq üçün vəsaitin səmərəli bölüşdürülməsi vacibdir. Mən istərdim ki, fondun mexanizmi sadə, asan əlçatan, həssas ölkələrin prioritetləri və ehtiyaclarına uyğun olsun", - deyə o bildirib.

"Yaşıl" enerjinin inkişafı sahəsində əməkdaşlığın perspektivləri

Paudel bildirib ki, Nepal və Azərbaycan arasında "yaşıl" enerjinin inkişafı sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi perspektivləri var.

"İki ölkə xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və təbii ehtiyatların işlənilməsi sahəsində təcrübə mübadiləsi apara bilər. Nepal hazırda təmiz enerji istehsalı və istifadəsində yaxşı nəticələr əldə etdiyi üçün öz təcrübəsini Azərbaycanla bölüşə bilər. Eynilə, Azərbaycan təbii sərvətlərdən - əhəngdaşı, mis filizləri, sink, dəmir və s. uğurla istifadə edir. Onun bu sahələrdə təcrübəsi bu təbii sərvətlərə sahib olan Nepala çox kömək edə bilər. Bu cür ikitərəfli öhdəliklər bilik və texnologiyanın ötürülməsi ilə birlikdə əməkdaşlığın digər sahələrində onları bir-birinə daha da yaxınlaşdıra bilər", - deyə Nepal prezidenti bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Noyabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri