Icma.az
close
up
RU
COP16da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirilib

COP16da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirilib

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən səhralaşma üzrə COP16-da COP29-da təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirilib.
Demokrat.az xəbər verir ki,  tədbir Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov öz çıxışında uğurla başa çatmış COP29 - da beynəlxalq sülhə xüsusi diqqət ayrıldığını qeyd edib.
COP29-un Azərbaycan sədrliyinin noyabrın 15-də xüsusi Sülh Yardım və Bərpa Günü keçirdiyini xatırladan səfir mövzu ilə əlaqədar Bakı Çağırışının qəbul edilməsinin əhəmiyyətini də toxunub.
“Əvvəlki COP-larda da iqlim-sülh qovşağı müzakirə olunsa da, məhz COP29-da vacib təşəbbüsləri bir araya gətirən Bakı İqlim və Sülh Mərkəzinin təsis edilməsi həm iqlim fəaliyyətinin, həm də beynəlxalq sülhün irəliləməsi sahəsində beynəlxalq aləmin Azərbaycana göstərdiyi etimadın nümunəsidir. Bu mərkəz ümumi əhalisinin sayı 450 milyondan artıq olan, iqlim böhranı və münaqişələrin dağıdıcı nəticələrinə məruz qalan, xüsusilə həssas ölkələrə beynəlxalq dəstək və yardımın göstərilməsində aparıcı rol oynayacaq”, - E.İskəndərov bildirib.
O, Bakı Mərkəzinin bir sıra BMT institutları və beynəlxalq yardım qurumları ilə əməkdaşlıq haqqında razılıqlar əldə etdiyini qeyd edib: “Bütün bu nəticələr COP29-un “Sülh COP-u” kimi tarixdə qalacağını deməyə əsas verir”.
Qeyd edək ki, COP29-da yaradılmış Bakı İqlim və Sülh Mərkəzində Azərbaycan, İngiltərə, Almaniya, İtaliya, Misir, BƏƏ və Uqanda ilə əməkdaşlıq edir. COP29-da qəbul edilmiş Bakı İqlim və Sülh Çagırışına əsasən, Mərkəzin daimi katibliyi Azərbaycanın ev sahibliyi ilə Bakıda fəaliyyət göstərəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri