COP28in baş danışıqçısı: İqlim dəyişikliyinə qarşı mübarizədə əsas rol dayanıqlı inkişaf məqsədlərinə çatmaqdır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 22 noyabr, AZƏRTAC
“İqlim dəyişikliyinə qarşı mübarizədə əsas rol dayanıqlı inkişaf məqsədlərinə çatmaq və qlobal əməkdaşlığı artırmaqdır”.
AZƏRTAC xəbər verir ki, bu barədə COP29 çərçivəsində keçirilən “Bakıdan Belenə: Meşələrin inteqrasiyalı və dayanıqlı idarə olunması üçün birgə təsirin azaldılması və uyğunlaşdırılması naminə Amazon Regional Mexanizmi” adlı tədbirdə COP28-in baş danışıqçısı Hana Əl-Həşimi bildirib.
H. Əl-Həşimi bildirib ki, 2030-cu ilə qədər meşələrin qırılmasının dayandırılması və bərpası üzrə hədəflərin iqlim məqsədlərinə çatmaq üçün əsas addımdır. O, meşələrin su dövranını qorumaq və “planetimizin ağciyərləri” rolunu oynamaq baxımından əvəzolunmaz olduğunu vurğulayıb:
“Təbiətin iqlim dəyişikliyinə qarşı mübarizədə əsas həlledici vasitələrdən biri olduğunu nəzərə alaraq, inkişaf etməkdə olan ölkələrin səylərini dəstəkləməli və heç bir tərəfin geridə qalmamasını təmin etməliyik”,- deyə o, qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 22 Noyabr 2024 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















