İqlim dəyişikliyinə qarşı mübarizədə əsas vasitələrdən biri elm və innovasiyadır
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan bu il iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə daha bir uğura imza ataraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə ev sahibliyi etdi. Bu tədbir Azərbaycanın ekoloji problemlərin həllində və bərpaolunan enerji mənbələrinə keçid sahəsindəki liderliyini bir daha nümayiş etdirdi. İqlim dəyişikliyinə qarşı mübarizədə əsas vasitələrdən biri elm və innovasiyadır. SİA xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva “Dayanıqlı ətraf mühit: yaşıl enerjiyə keçid” mövzusunda beynəlxalq elmi konfransda deyib. O bildirib ki, karbon emissiyalarının azaldılması və ekoloji problemlərin həllində yalnız yeni və kreativ tədqiqat yanaşmaları ilə uğur qazanmaq mümkündür: “Azərbaycan bu istiqamətdə təhsil və elmi tədqiqatların dəstəklənməsinə xüsusi önəm verir. Məsələn, Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqat Mərkəzi bu mövzuda yeni yanaşmaların inkişafına ciddi töhfə verir. Eyni zamanda, Şuşa şəhərində həyata keçirilən ekoloji layihələr və digər regional tədbirlər bu sahədə mühüm addımlardandır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 06 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















