Icma.az
close
up
RU
COP29 Azərbaycan Əməliyyat Şirkəti ISO 20121 sertifikatı ilə təltif edildi Yeni Çağ Media

COP29 Azərbaycan Əməliyyat Şirkəti ISO 20121 sertifikatı ilə təltif edildi Yeni Çağ Media

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda ilk dəfə ISO 20121 – Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili sertifikatı əldə edilib. COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən sertifikatın əldə edilməsinə dair noyabrın 18-də COP29 Azərbaycan pavilyonunda təltif etmə mərasimi keçirilib.

Mərasimdə UNFCCC rəsmiləri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin rəhbərliyi və strateji podratçıların nümayəndələri iştirak edib. COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova və audit prosesini aparmış “TÜV Austria” şirkətinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Zaur Fərzəliyev öz çıxışlarında bu sertifikatın əldə olunmasının əhəmiyyətini, bu nailiyyətdə komanda işinin vacibliyini diqqətə çatdırıblar. Tədbirdə COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlı tədbir idarəçiliyi prinsiplərinieffektiv şəkildə tətbiq etdiyi və bu prosesin uzunmüddətli təsirləri vurğulanıb.

Qeyd edək ki, Azərbaycan COP konfransları tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşüb. Həmçinin, Azərbaycanda da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən əldə edilən bu sertifikat bir ilkdir. Qeyd edək ki, Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili üzrə müvafiq ISO sertifikasiyanın audit prosesi yalnız tədbirdən öncəki hazırlıq müddətində deyil, tədbirin keçdiyi müddət ərzində də dəyərləndirilərək nominasiya olunur.

ISO 20121 tədbirlərin dayanıqlı idarə olunması üçün qlobal standartdır və tədbirlərin planlaşdırılması, idarə olunması və dayanıqlılıq performansının yaxşılaşdırılması üçün bir çərçivə təqdim edir. Sertifikat, tədbir təşkilatçıları, təchizatçılar və tədbirin təşkilində iştirak edən digər tərəfdaşları əhatə etməklə, tədbirin ətraf mühitə məsuliyyətli, sosial cəhətdən inklüziv və iqtisadi cəhətdən davamlı olmasını təmin etməyə yönəlib.

Sertifikatın əldə olunması üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin audit prosesi üç mərhələdə aparılıb. İlkin mərhələdə TÜV Avstriya şirkətinin ekspertləri tərəfindən təşkilat və onun fəaliyyət kontekstinin analizi, maraqlı tərəflərin ehtiyac və gözləntilərinin aydınlaşdırılması, dayanıqlı inkişaf prinsipləri, korporativ idarəetmə və öhdəliklərin müəyyən olunması, həmçinin tədbirin dayanıqlılıq məqsədləri və onlara nail olmaq üçün planlaşdırmanın həyata keçirilməsi diqqət mərkəzində olub. İkinci mərhələdə auditorlar Əməliyyat Şirkətinin bütün departamentləri ilə görüşüb müvafiq sənədləşmə prosesləri və əməliyyatların aparılması mexanizmi ilə tanış olublar. Audit yoxlamalarının sonuncu mərhələsi isə artıq tədbir zamanı – 15 noyabr tarixində reallaşıb və tədbir məkanında əməliyyatların gedişatı “TÜV Austria”nın Azərbaycan nümayəndəsi Zaur Fərzəliyev tərəfindən qiymətləndirilib.

Əlavə edək ki, tədbir çərçivəsində həmçinin “ISO 20121 – Tədbirlərin Dayanıqlı İdarə Edilməsi və Təşkili” mövzusunda panel müzakirəsi baş tutub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəfin moderatorluğu ilə keçirilən panel müzakirəsində “TÜV Austria”nın Azərbaycandakı nümayəndəsi Zaur Fərzəliyev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin sertifikasiya üzrə meneceri Aysel Məmmədova və “PICO International” şirkətinin vitse-prezidenti Jessi Ngnin iştirak edib. Panel müzakirəsində dayanıqlılıq prinsiplərinin tətbiqi, əməliyyatların şəffaflığı və beynəlxalq səviyyədə uğurlu təcrübələrin paylaşılması mövzularında fikir mübadiləsi aparılıb.

Sessiya və mərasimin keçirilməsinin məqsədlərindən biri də Azərbaycanda tədbirlərin dayanıqlı idarə edilməsi sahəsində tamamilə yeni yanaşmaların və təcrübə mübadiləsinin təşviqi və müxtəlif təşkilatlar tərəfindən gələcəkdə bu sahəyə daha geniş diqqət cəlb edilməsi

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri