Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

COP29 Beynəlxalq Məhkəməni də hərəkətə gətirdi

COP29 Beynəlxalq Məhkəməni də hərəkətə gətirdi

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"The New York Times" nəşri, "Dünyanın ən yüksək məhkəməsi iqlim dəyişikliyi ilə bağlı nə edə bilər?" başlıqlı məqalə dərc edib.

Məqalədə deyilir: "Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi qlobal istiləşmə ilə bağlı mühüm dinləmələrə başlayır".

Məqalə müəllifi yazır ki, Məhkəmədən hökumətlərin dünyanın iqlim sistemini qorumaq üçün hansı öhdəlikləri olduğu soruşulub.

Məqalədə yazılır ki, Birləşmiş Millətlər Təşkilatının ən yüksək məhkəmə orqanı olan məhkəmə (BƏM -red.) "ilk dəfədir ki, iqlim problemi ilə məşğul olmağa başlayıb".

Qəzetin yazdığına görə, artıq atmosferi "böyük ölçüdə çirkləndirənlər məhkəməyə veriləcək".

Bu isə o deməkdir ki, BƏM qlobal miqyasda iqlim dəyişikliyinə səbəb olan hərəkəti və hərəkətsizliyi insanlıq əleyhinə yönəlmiş ağır əməl kimi tövsif edəcək.

Məqalədə yazılır ki, BMT Baş Assambleyası məhkəməyə müraciət ünvanlayıb və iki sual üzrə öz rəyini bildirməyi xahiş edib. Birincisi, Yerin iqlim sistemini istixana qazlarından qorumaq üçün beynəlxalq hüquqa əsasən hökumətlərin hansı öhdəlikləri var? Hökumətlər öz öhdəliklərini yerinə yetirmədikdə və “əhəmiyyətli zərər vurduqda” “hüquqi nəticələr” nələrdir?

Artıq qlobal istiləşməyə görə məsuliyyət daşıyanların dairəsi və əməlinin təhlükəlilik dərəcəsi konketləşdirilir. Bu, ciddi bir yenilikdir.

Qəzet yazır: "İqlim böhranı uzun müddətdir, elm adamlarının xəbərdarlıqlarının və zərərli emissiyaların azaldılması üçün 30 illik qlobal danışıqların mövzusu olub və (məhkəmədə) dinləmələr BMT-nin (Bakıda keçirilmiş) COP 29 kimi tanınan ən son iqlim sammitinin nəticəsidir".

Qəzet BƏM-də dinləmələrə cəlb olunacaq ölkələrin adlarını çəkib. Bunlar ABŞ, Avstraliya, İngiltərə, Çin, Hindistan, İran, Rusiya, Səudiyyə Ərəbistanı və Cənubi Afrika Respublikasıdır Məhkəmə həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və Neft Təşkilatı kimi müxtəlif qrupları da dinləyəcək.

Beləliklə, qlobal istiləşməyə görə məsuliyyət daşıyanların ilkin dairəsi artıq bəlli olub. Bu, ölkələrə iqlimlə bağlı qərarlarda suveren huquqlar verilməsi ilə yanaşı, konkret məsuliyyət qoyulması kimi də şərh oluna bilər və "istədiyimi edə bilərəm" formulundan "etdiyinə görə cavab ver" moduna keçməkdir.

Nəşr yazır ki, BMT yanında "İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelə töhfə vermiş müəlliflər cari iqlim qiymətləndirmələri və gələcək risklər barədə" məhkəməyə məlumat verib: "Məhkəmənin hüquqçuları deyirlər ki, ölkələr, sadəcə olaraq, adət olunmuş siyasi çıxışlar edə bilməzlər".

Başqa sözlə, hökumətlər ümumi fikirlərlə baş qata bilməyəcəklər; konkret suallara konkret və doğru cavab vermək zorundadırlar.

Qəzet yazır ki, hökumətlər "nə üçün qalıq yanacaqlarını subsidiyalaşdırmağa və atmosferə daha böyük həcmdə zərərli istixana qazlarını atmağa davam etdiklərinə dair hüquqi arqumentlər gətirməli olacaqlar".

Məqalədə həmçinin deyilir ki, Məhkəmənin hakimlərinin kiçik ada dövlətləri qrupunun tələbinə uyğun olaraq, onların rəyini də nəzərə alacağı gözlənilir: "Sentyabr ayında Vanuatu və başqa Sakit okean adaları, soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxsləri mühakimə edən ayrıca orqan olan Beynəlxalq Cinayət Məhkəməsi qarşısında “ekosid”i cinayət hesab etməyi rəsmi olaraq təklif etdilər".

Doğrudur, qəzetin yazdığı kimi, "bu proses illər çəkə bilər". Ancaq ekosid də Beynəlxalq Cinayət Məhkəməsində insanlıq əleyhinə cinayət sayılarsa, bu, dövlətlərin və şirkətlərin qlobal iqlim məsuliyyətini daha da artırar və cinayətə görə cəza mexanizmi işə düşə bilər.

Bu məsələdə də kiçik ada dövlətlərinin ən fəal dəstəkçisi Azərbaycan olub. Üstəlik Azərbaycan özü də bu cinayətdən zərər çəkib; Ermənistanın 30 illik işğalı dövründə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı və çox amansız ekosid əməlləri törədilib. Buna görə gələcəkdə Ermənistanın beynəlxalq səviyyədə məsuliyyət məsələsi qaldırıla bilər. Azərbaycan COP29 kontekstində və elə konfransın gedişində bu məsələyə hər zaman diqqəti cəlb etməyə çalışıb.

Xatırladaq ki, BMT-nin baş katibi Antonio Quterreş də COP29-dakı liderlər sammitində etdiyi çıxışda qlobal iqlim fəlakətinə səbəbkar okəlanlara adekvat qiymət vermiş və bunun bədəlinin ödənilməsini vacib saymışdı.

O demişdi: "Həqiqətən... biz qlobal temperaturların 2,5 dərəcəyə çatdırılmasına yaxınlaşırıq və vaxt bizim tərəfimizdə deyil. ...İqlim baxımından görürük ki, növbəti qasırğa çatmamış ailələr artıq evlərindən qaçırlar, biomüxtəliflik dağılır... İnsanlar daşqınlardan, infrastrukturu dağıdan təbii fəlakətlərdən, quraqlıqdan əziyyət çəkirlər, bitkilər tələf olur.

Bütün bunlar və başqa faciələr eyni zamanda, faktiki olaraq insanların səbəb olduğu iqlim dəyişmələri ucbatından baş verir. Burada hər hansı bir ölkə istisna deyil. Bu şoklar bütün xərcləri artırır. Dağıdılmış evlər sığorta haqlarının artımına səbəb olur. Meşələr məhv edilir. Bütün bunlar, həqiqətən də qaçılmaz ədalətsizliyə səbəb olur, bunu varlılar yaradır, yoxsullar isə bədəlini ödəyirlər".

COP29-dan sonra Beynəlxalq Ədalət Məhkəməsinin konkret icraata başlaması onu göstərir ki, qlobal iqlim fəlakətlərinə görə bədəl ödəmə növbəsi artıq əsl günahkarlara çatır. Bu, Bakıda keçirilmiş qlobal iqlim konfransının daha bir mühüm nəticəsi olacaq.

Seyid Əhmədli, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Dekabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see384

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see297

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see288

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see273

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see250

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see227

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see226

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see220

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see220

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see218

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see215

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see214

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see213

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see209

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see206

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see196

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see192

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see187

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see181

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri