Azərbaycan Gənc Müəllimlər Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihənin icrasına başlayıb AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) COP29 çərçivəsində beynəlxalq layihənin icrasına başlayıb.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, “Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi” proqramının ilk günündə AGMA-nın sədri Pərvinə Qədimova və layihələr üzrə meneceri Ramilə El-oğlu proqram haqqında ümumi məlumat veriblər.
Daha sonra layihə iştirakçılarının şəbəkələşməsi üçün tanışlıq oyunları keçirilib.
Qeyd edək ki, proqramın ilk görüşü Tyantszin Xarici Tədqiqatlar Universitetinin beynəlxalq institutunun əməkdaşı Li Sianq tərəfindən “Yaşıl məktəblərin qurulması üzrə dialoq” mövzusunda görüş keçirilib. Gənc müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Günün ikinci yarısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının koordinatoru Linpeng Chubin tərəfindən “Ali təhsil müəssisələrində yaşıl təhsilin transformasiyasını və təkmilləşdirilməsini təşviq etmək metodlar” mövzusunda görüş baş tutub və bununla da gün yekunlaşıb.
Beş gün davam edəcək layihə çərçivəsində noyabrın 16-da Yaşıl zonada xarici ekspertlərin iştirakı ilə sessiya olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















