Icma.az
close
up
RU
COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb AZƏRTAC

COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün Türk Dövlətləri Təşkilatı (TDT) Tərəfdaşlığına dair Nazirlər Görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyindən bildirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və ölkələrimiz arasında inteqrasiya proseslərinə dəstək verdiyini vurğulayıb. Qeyd olunub ki, birgə təşəbbüslər iqlim fəaliyyəti və yaşıl iqtisadiyyat kimi istiqamətlərdə müsbət dəyişikliklərə nail olunmasına mühüm töhfələr verəcək. Bu məqsədlə üzv dövlətlərin yaşıl iqtisadi keçidini dəstəkləmək üçün platforma kimi İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığı yaradılır. Bu təşəbbüs iqlimə uyğun ağıllı inkişaf və ədalətli yaşıl keçid üçün daha sıx əməkdaşlığın təşviqi məqsədi daşıyır. Bu çərçivədə milli yaşıl inkişaf strategiyalarının hazırlanması, yaşıl enerji zonalarının yaradılması, iqlimin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, yaşıl KOB subyektlərinin və startapların yaradılmasını dəstəkləmək və s. mühüm işlərin reallaşdırılması hədəflənir.

Tədbirdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının əməliyyatlar üzrə baş direktoru Nazim Nurdali, Qazaxıstanın Baş nazirinin müavini və milli iqtisadiyyat naziri Nurlan Baybazarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Sanjarbek Bolotov, Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu, Azərbaycanın Xarici İşlər Nazirliyinin departament rəhbəri Elmar Məmmədov çıxış ediblər. Çıxışlarda türk ölkələrində həyata keçirilən iqlim və yaşıl iqtisadiyyat siyasəti barədə məlumat verilib. Müxtəlif istiqamətlər üzrə ölkələrarası tərəfdaşlığın və inteqrasiya proseslərinin güclənməsinin ümumi rifah və qlobal çağırışlara adekvat yanaşma baxımından vacibliyi vurğulanıb. Bildirilib ki, tərəfdaşlıq vasitəsilə üzv dövlətlər davamlı inkişafa, iqlim problemlərinin həllinə və regional iqtisadi artımın təşviqinə sadiqliklərini nümayiş etdirirlər. Azərbaycanın türk dövlətləri arasında tərəfdaşlığın güclənməsinə mühüm töhfələri vurğulanıb.

Tədbirdə təşkilata üzv dövlətlərin müvafiq dövlət qurumlarının rəhbərlərinin İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığının yaradılmasına dair Bakı Nazirlər Bəyanatı imzalanıb. Bəyanat innovasiya, davamlılıq və yaşıl inkişafın rəhbərlik etdiyi gələcək üçün ortaq baxışı ortaya qoyur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri