Icma.az
close
up
RU
COP29 çərçivəsində Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib AZƏRTAC

COP29 çərçivəsində Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Bakıda keçirilən COP29 çərçivəsində Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbacanın Energetika Nazirliyi ilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Asiya respublikalarının dövlət və özəl sektorun nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.

IRENA-nın baş direktoru Françeska La Kamera çıxış edərək müasir dünya üçün yaşıl enerjinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, təşkilatın mütəxəssisləri yaşıl enerji mərkəzlərini müəyyən edərək sərmayə yatırılması üçün tövsiyələr verir. Qlobal miqyasda karbon emissiyasının azaldılması və sıfır emisiyyaya nail olmaq üçün yaşıl enerji istehsalının artırılması zəruridir. Françeska La Kamera nəzərə çatdırıb ki, Azərbaycanda bu istiqamətdə əsaslı işlər görülür: “Bunun üçün ölkənin potensialı da var. Yaşıl enerjinin artması, karbonun tullantılarının da azalmasına səbəb olur”.

Energetika nazirinin müavini Orxan Zeynalov çıxış edərək Azərbaycanda yaşıl enerji istehsalı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki sıfır emissiyaya nail olmağın başlıca yolu alternativ enerji mənbələrindən səmərəli istifadə etməkdən keçir: “Ekosistemin qorunub saxlanılması üçün Azərbaycan tədricən enerji transformasiyasını həyata keçirir. İrimiqyaslı layihələrin reallaşması üçün xarici investorlar dəvət olunub və onların sərmayəsi əsasında Qarabağda, Naxçıvanda, Abşeronda günəş və külək enerji stansiyaları inşa olunur. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə enerji dəhlizi yaratmaq imkanı var. Bununla bağlı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında sənəd imzalanıb. Azərbaycan Mərkəzi Asiyadan Avropaya uzanan enerji dəhlizinin mərkəzi olacaq. Mərkəzi Asiya respublikalarında istehsal olunan yaşıl enerji Avropaya Azərbaycan üzərindən ixrac ediləcək”.

Sonra Koreya Respublikasının Enerji Agentliyinin prezidenti Songhun Li, Qlobal Enerji Alyansının vitse-prezidenti Kitti Bu, IRENA-nın ölkə əlqələri və tərəfdaşlıqlar üzrə direktoru Gürbüz Könül və digərləri çıxış edərək Mərkəzi Asiyanın yaşıl enerji istehsalı üçün münbit region olduğunu bildiriblər. Qeyd olunub ki, Qazaxıstan və Özbəkistan ilə yanaşı, Türkmənistan, Qırğızıstan və Türkmənistanda da irihəcmli günəş elektrik stansiyaları inşa etmək mümkündür. Bu işlərin həyata keçirilməsi üçün beynəlxalq sərməyədarlarla danışıqlar aparmaq və sərmayə yatırmaları üçün şərait yaratmaq lazımdır.

Nəzərə çatdırılıb ki, Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır. Qazaxıstanın külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır.

Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 25 faizə çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 GVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir.

Çıxışlardan sonra sessiya panel müzakirələri ilə davam edib. Beynəlxalq ekspertlər və mütəxəssislər sessiya iştirakçılarının suallarını cavablandırıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri