Icma.az
close
up
RU
COP29 çərçivəsində Milli Uyğunlaşma Planlarına həsr olunmuş konfrans keçirilib AZƏRTAC

COP29 çərçivəsində Milli Uyğunlaşma Planlarına həsr olunmuş konfrans keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 çərçivəsində “COP29-da Uyğunlaşma Fəaliyyətinin Sürətləndirilməsi: Milli Uyğunlaşma Planlarının (MUP) formalaşdırılması və həyata keçirilməsinin sürətləndirilməsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Milli Uyğunlaşma Planı Qlobal Şəbəkəsi Katibliyinin rəhbəri Orvil Qreyin moderatorluğu ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişiklikləri artıq baş verir və onun təsirləri dəniz səviyyəsinin qalxması, fövqəladə hava hadisələri, quraqlıq və daşqınlarla hiss olunur. Onun sözlərinə görə, dünya ölkələri hərəkət etməli və qlobal miqyasda uyğunlaşma səylərini təcili sürətləndirməlidir. “Azərbaycan bu ayın əvvəlində özünün Milli Uyğunlaşma Planını təqdim edib. Biz ölkələri 2025-ci ilə qədər öz MUP-larını təqdim etməyə çağırırıq. “Bu, bizə 2030-cu ilə kimi onların həyata keçirilməsində irəliləyişə nail olmağa imkan verəcək. Bu planlar ən yaxşı təcrübəni necə paylaşdığımıza, texnologiyanın ötürülməsinə və bir-birimizin ambisiyalarına necə dəstək olacağımıza yol göstərəcək”, - deyə nazir müavini qeyd edib.

Daha sonra çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının nümayəndəsi Daniel Violetti bildirib ki, iqlim ildən-ilə daha şiddətli, gözlənilməz və ölümcül olur. O bildirib ki, təkcə bu il fəlakətlər ABŞ-a 95 milyard dollardan çox ziyan vurub. Nümayəndənin sözlərinə görə, dünya buna uyğunlaşmalıdır və uyğunlaşma ilə maliyyə arasında uçurum artır. “İnkişaf etməkdə olan ölkələrdə xərclər 2030-cu ilə qədər ildə üç dəfə, yəni ildə 40 milyard artacaq. Bu rəqəmlərin artacağına dair real risk var və indi hərəkətə keçmək lazımdır”, - deyə Daniel Violetti əlavə edib.

ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə elçisinin müavini Sue Biniaz isə deyib ki, 2010-cu ildə Kankun Çərçivəsindən başlayan Milli Uyğunlaşma Planı qlobal uyğunlaşma səylərinin təməl daşına çevrilib. O bildirib ki, Paris Sazişinin yeddinci maddəsində də bu aydın şəkildə qeyd olunur. “MUP-lara uyğunlaşmanın planlaşdırılması və həyata keçirilməsi üçün əsas vasitə kimi baxılır. Yaşıl İqlim Fondu bütün inkişaf etməkdə olan ölkələrə MUP-ləri formalaşdırmaqda dəstək olmaq üçün xüsusi maliyyələşdirmə pəncərəsi yaradıb”, - deyə o bildirib.

Daha sonra İtaliya Xarici İşlər Nazirliyinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Karvaro, Tonqanın Kənd Təsərrüfatı, Qida və Meşə təsərrüfatı üzrə baş direktoru Viliami Manu, Liberiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin icraçı direktoru Emanuel Kinq Urey Yarkpavolo ölkələrinin MUP-ları təqdim etmələri istiqamətində gördüyü işlərdən danışıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see195

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri