Icma.az
close
up
RU
COP29 əhəmiyyətli siyasi tədbir kimi tarixə düşdü ŞƏRH AZƏRTAC

COP29 əhəmiyyətli siyasi tədbir kimi tarixə düşdü ŞƏRH AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq səviyyədə günü-gündən artan nüfuzunun nümayişi, Azərbaycan dövlətinin diplomatik və siyasi uğuru oldu. Bu, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisinə çevrildi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

O bildirib ki, Azərbaycan bundan əvvəl bir çox mötəbər beynəlxalq tədbirlərə, müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bu mənada COP29 da istisna deyil. Bu tədbir mürəkkəb və yüksək texnoloji proses olsa da, bütün işlər davamlılıq, əlçatanlıq və inklüzivlik prinsipləri nəzərə alınmaqla həyata keçirildi. COP İqlim Sammiti tarixində ilk dəfə olaraq həm texniki, həm də kollektiv məsələləri dəstəkləmək üçün Əməliyyat Şirkəti tərəfindən yaradılmış xüsusi mərkəz də BMT tərəfindən təsdiq edilib.

COP29 artıq ekoloji sammit çərçivəsindən çıxaraq, həm də çox əhəmiyyətli siyasi bir nəticə verdi. Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində çıxışı, bəyanatları nəinki Azərbaycana qarşı, həmçinin BMT-ya qarşı qarayaxma kompaniyası aparmaq istəyən Makron komandasını, bəzi Avropa liderlərini ifşa etdi. Azərbaycanın qəti mövqeyi, bəzi Avropa liderlərinə Azərbaycanla güc, təzyiq dili ilə danışmağın mənasıs olduğunu başa saldı.

“Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar hər iki məsələdə yanıldılar.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.

COP29-un ən böyük uğurlarından biri də 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin xüsusi önəm verdiyi məsələlərdən biri idi. Bu maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, ölkəmiz bu təşəbbüslə yalnız iqlim dəyişikliyinə qarşı mübarizəyə deyil, həm də qlobal sülhə və təhlükəsizliyə dəstək vermiş oldu. Prezident İlham Əliyev bu cür mənfur kampaniyalara qarşı verdiyi cavablarda bəyan etdi ki, COP29-a qarşı yönəlmiş boykot çağırışlarına baxmayaraq, tədbirə 196 ölkədən 76 mindən çox iştirakçı qeydiyyatdan keçib. Onların arasında 80-dən çox prezident, vitse-prezident və baş nazir də olub. Bu, Azərbaycanın qlobal səviyyədəki əhəmiyyətini bir daha nümayiş etdirdi.

Ümumilikdə COP29 Azərbaycana dünya miqyasında yüksək hörmət qazandırmaqla yanaşı, ölkəmizin iqlim siyasətindəki fəallığını və beynəlxalq arenada güclü mövqeyini bir daha göstərib. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizəyə dair dünya liderlərinin bir araya gəlməsi üçün vacib bir platforma olmaqla yanaşı, həm də Azərbaycanın dünya miqyasında artan nüfuzunun təntənəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri