Icma.az
close
up
RU
COP29 müsbət nəticələr və yüksək təşkilatçılıq baxımından tarixə düşəcək ŞƏRH AZƏRTAC

COP29 müsbət nəticələr və yüksək təşkilatçılıq baxımından tarixə düşəcək ŞƏRH AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdi. İlk öncə onu qeyd etmək lazımdır ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar ötən ilin dekabrında qəbul olunmuşdu. Azərbaycan bir ildən də az vaxtda bu mötəbər tədbiri bütün qabaqcıl təcrübələr nəzərə alınmaqla ən yüksək səviyyədə təşkil etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin ötən illər ərzində böyük tarixi nailiyyətlərə imza atdığını qeyd edən Mircəlil Qasımlı bildirib ki, ötən illər ərzində respublikam;z mühüm beynəlxalq tədbirlərə, yarışlara uğurla ev sahibliyi edərək bu sahədə zəngin təcrübə əldə edib. COP29 isə həm miqyasına, həm də qlobal əhəmiyyətinə görə ölkəmizdə keçirilən ən mötəbər tədbir hesab edilir.

“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə keçirilən COP29-un həm müsbət nəticələr, həm də yüksək təşkilatçılıq baxımından uğurlu COP-lardan biri kimi tarixə düşəcəyini bildirən deputat deyib: “Təbii ki, 80 dövlət və hökumət başçısının, 76 mindən çox iştirakçının qatıldığı COP29-da iqlim danışıqları üzrə tarixi nəticələrin əldə edilməsi, mühüm təşəbbüslərin dəstəklənməsi qlobal əhəmiyyətli uğurdur. Bu, beynəlxalq birliyin Azərbaycanın həmrəylik çağırışına dəstəyinin əyani təzahürüdür”.

M.Qasımlı bildirib ki, Paris Sazişinin uzun illərdir razılaşdırılmayan 6-cı maddəsi üzrə Bakıda ümumi razılığa gəlinməsi və bu maddənin tam şəkildə işlək vəziyyətə gətirilməsi COP29 Sədrliyinin əsas uğurlarındandır. Atmosferə buraxılan çirkli qazların həcminin azaldılması ilə bağlı öhdəlikləri müəyyənləşdirən bu maddənin işlək vəziyyətə gətirilməsi ətraf mühitin qorunması, iqlim dəyişiklikləri ilə mübarizədə önəmli addımdır.

“Təbii ki, inkişaf etməkdə olan ölkələrə ildə 300 milyard dollar həcmində vəsaitin ayrılması ilə bağlı qərar yaşıl iqtisadiyyata keçidin maliyyələşdirilməsini dəstəkləyən önəmli qərarlardandır. Qeyd edək ki, COP29-a qədər bu məbləğ 100 milyard dollar həcmində idi. Bu baxımdan müzakirələrin əvvəlində 200 milyard dollar məbləğində vəsaitin ayrılması üzrə fikir mübadiləsi aparılırdı. Lakin Azərbaycanın uğurlu moderatorluğu və yüksək diplomatik məharəti sayəsində yekun nəticədə 300 milyard dollar məbləğində vəsaitin ayrılmasına nail olundu. Həmçinin COP29 çərçivəsində 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəfin müəyyənləşdirilməsi də mühüm uğurlardandır”, - deyə deputat vurğulayıb.

O, həmçinin bildirib ki, Azərbaycanın güclü beynəlxalq mövqeyi COP29-a Sədrliyin yüksək səviyyədə həyata keçirilməsini təmin edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri