Icma.az
close
up
RU

COP29 ərəfəsində ən çox kiberhücuma məruz qalan saytlar

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən davamlı kiberhücumlar müşahidə olunub. Bu kiberhücumların həcminə və sorğu sayına görə böyük əksəriyyəti “cop29.az” internet informasiya ehtiyatına yönəlib.

"Operativ Media" Azərtac-a istinadən xəbər verir ki, COP29 ərəfəsində Azərbaycanın internet resurslarına olan kiberhücumların sayı ilə bağlı sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Qeyd olunub ki, ümumilikdə tədbir dövründə XRİTDX tərəfindən 1,09 milyard sorğu qeydə alınıb.

“COP29 informasiya ehtiyatlarına yönəlmiş sorğuların 97 faizi kiberhücum məqsədli olduğuna görə XRİTDX tərəfindən dərhal bloklanması həyata keçirilib. Həmin dövr ərzində COP29 informasiya ehtiyatları ilə yanaşı digər dövlət qurumlarının informasiya sistemlərinə də kiberhücum cəhdləri müşahidə olunub.

Ən çox hücum “cop29.az” saytına və “gov.az” zonasının Adların Domen Sisteminə (Domain Name System) - DNS-lərinə müşahidə olunub. Eləcə də, XRİTDX-nin Data Mərkəzində yerləşən dövlət qurumlarına məxsus bir sıra serverlərə və “president.az” saytına çoxsaylı kiberhücumlar qeydə alınıb. Belə ki, “gov.az” zonası üçün domen sisteminə bu müddət ərzində 14,5 milyon ədəd fərqli IP-lərdən çoxsaylı sorğular göndərilərək, şəbəkə avadanlığının resurslarını istehlak edib, legitim trafikin emalında çətinlik yaradan kiberhücum (“DNS flood”) tipli kibersorğular qeydə alınıb. Eləcə də bir sıra dövlət saytlarına, o cümlədən “president.az” və digər hostinq sistemlərinin informasiya ehtiyatlarına 7,48 Gbps həcmli fərqli IP-lərdən irihəcmli paketləri göndərərək şəbəkə kanalını yükləməklə resursları əlçatmaz edən xüsusi hədəfləmiş kiberhücum (volumetrik DDOS hücumları) cəhdləri müşahidə olunub”, - deyə sorğuya cavabda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 27 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri