Icma.az
close
up
RU
COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTANDART) birgə həyata keçirdiyi Bakı şəhəri ərazisində yerləşən ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi layihəsi yekunlaşıb.

"Operativ Media" xəbər verir ki, oktyabr ayının əvvəlindən icrasına başlanılmış müştərək layihənin məqsədi ictimai iaşə obyektlərinin ekoloji cəhətdən dayanıqlılığını təmin etmək üçün bu sahədə qüvvədə olan beynəlxalq və dövlət standartlarının tələblərini təşviq etmək, eləcə də dayanıqlı fəaliyyət standartlarına uyğun olaraq restoranların fəaliyyətinin qiymətləndirilməsi olub. Layihə çərçivəsində ölkədə ilk dəfə olaraq ISO standartlarının tələblərinə xüsusi uyğunlaşdırılmış qiymətləndirmə şkalası yaradılıb.

Qiymətləndirilmə prosesi layihənin məqsədlərinə uyğun olaraq müvafiq beynəlxalq və dövlət standartlarının tələbləri əsasında AZSTANDART tərəfindən ödənişsiz həyata keçirilib. Qiymətləndirmə enerji səmərəliliyi, sudan qənaətlə istifadə, tullantıların dayanıqlılıq standarlarına uyğun çeşidlənməsi və idarə olunması, işçilərin təhlükəsizlik qaydalarına riayət etməsi kimi bir sıra meyarlara görə aparılıb.

Layihə çərçivəsində qiymətləndirmədə iştirak edən və müvafiq meyarlara cavab verən bir sıra ictimai iaşə obyektlərinə xüsusi nişanlar təqdim olunub və onların dayanıqlılıq standartlarına uyğunluğu təsdiq olunub. Restoran girişində yerləşdiriləcək bu nişanlar qiymətləndirmə prosesindən uğurla keçmiş obyektlərin ekoloji dayanıqlılığını, müəyyən edilmiş meyarların tələblərinə uyğunluğunu və etibarlılığını təsdiq edəcək. Sertifikatlaşmış bu restoranlar, həmçinin COP29 rəsmi vebsaytında mövcud xəritədə də öz əksini tapacaq.

Əlavə edək ki, qiymətləndirmənin yekununda prosesdə iştirak etmiş hər bir ictimai iaşə obyektinə ekoloji dayanıqlılıq baxımından gələcək fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaları məqsədilə tövsiyələrdən ibarət hesabat təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 04 Noyabr 2024 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri