Icma.az
close
up
RU
COP29 Fəaliyyət Gündəliyi qrupu: Kənd təsərrüfatı iqlim üçün transformasiyaedici qüvvə ola bilər

COP29 Fəaliyyət Gündəliyi qrupu: Kənd təsərrüfatı iqlim üçün transformasiyaedici qüvvə ola bilər

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dayanıqlı torpaq idarəçiliyi təcrübələrini təşviq etməkdən tutmuş suyun səmərəliliyinin artırılmasına qədər kənd təsərrüfatı iqlim üçün transformasiyaedici qüvvə ola bilər.

"Report" xəbər verir ki, bunu COP29 Fəaliyyət Gündəliyi qrupunun həmsədri Jalə İbrahimova COP29 çərçivəsində təşkil olunmuş "Fermerlər üçün Bakı Harmoniya iqlim təşəbbüsünün işə salınması: İqlim dəyişikliyinə davamlılığı təmin etmək üçün fermerlərin səlahiyyətlərinin artırılması" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, aqrar sektor iqlim dəyişikliyi həllərinin aparıcısı olmaq potensialına malikdir: "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü işə salmaqla bu sürəti davam etdirməkdən qürur duyuruq. Bu təşəbbüs daha böyük təsirə nail olmaq üçün ahəngdarlığı, koordinasiyanı və öyrənmə mübadiləsini artırmağa kömək edəcək. COP29 Fəaliyyət Proqramı çərçivəsində bu təşəbbüs fermerlərin, kəndlərin və kənd icmalarının iqlim dəyişikliyinə davamlılığını artırmaq üçün onların səylərini gücləndirmək kimi ümumi məqsəd ətrafında fərqli təşəbbüsləri, koalisiyaları, şəbəkələri və tərəfdaşlıqları bir araya gətirəcək".

J.İbrahimova əlavə edib ki, ötən həftə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə bu təşəbbüsü daha da irəli aparmaq üçün niyyət məktubu imzalanıb: "Bu inklüziv təşəbbüs vasitəsilə biz nəinki mövcud iqlim çağırışlarına cavab verən, həm də uzunmüddətli davamlılığa, ərzaq təhlükəsizliyinə, kənd yerlərinin inkişafına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verən inteqrasiya olunmuş sistem yaratmağı hədəfləyirik”.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Noyabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri