Icma.az
close
up
RU
COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir AZƏRTAC

COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 noyabr, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) COP29 çərçivəsində təşkil etdiyi “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” tədbirində İRİA sədrinin müşaviri Salar İmaməliyev və “Israel Aerospace Industries” korporasiyanın regional direktoru, marketinq və biznesin inkişafı üzrə meneceri Dani Paslevin iştirakı ilə panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, panel sessiyada ilk çıxış edən İRİA sədrinin müşaviri Salar İmaməliyev “Israel Aerospace Industries”in COP29-da iştirakının qurumun Azərbaycanla münasibətlərinin dinamik inkişafının göstəricisi olduğunu bildirib. “Bu korporasiyanın İRİA ilə tərəfdaşlığı təkcə innovasiya ilə məhdudlaşmır. Münasibətlərimiz hər iki tərəfin qarşılıqlı niyyətinə əsaslanaraq texnoloji sahədə dayanıqlı və uzunmüddətli inkişafı hədəfləyir”, - deyə Salar İmaməliyev əlavə edib.

Daha sonra Dani Paslev təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Qeyd edib ki, “Israel Aerospace Industries” müdafiə, kosmik və aviasiya sənayesi üçün həllərin istehsalı və işlənməsi sahəsində ixtisaslaşır. D.Paslev aerokosmik və müdafiə sənayesində ənənəvi olaraq istifadə edilən innovativ həllərin Azərbaycanda iqlim fəaliyyəti, şəhər planlaması, təbii fəlakətlərin fəsadlarının təhlili kimi sahələrdə tətbiqinin mümkünlüyünə diqqət çəkib. “Bizim İRİA ilə tərəfdaşlığımız ilkin mərhələdə sadəcə innovasiyanın dəstəklənməsi deyil, həm də qlobal bazara inteqrasiya olunacaq rəqabətədavamlı texnologiyaların yaradılması deməkdir. Əminik ki, dayanıqlı inkişaf və biznesin artımı dünya üçün əhəmiyyətli həllər yaradaraq yanaşı gedə bilər”, - deyə Dani Paslev vurğulayıb.

Paneldə müzakirə olunan əhəmiyyətli mövzulardan biri də “Israel Aerospace Industries” korporasiyasının İsraildə reallaşdırdığı və “CyITS” mərkəzinin (Cyber Intelligent Transportation System) təşəbbüsü əsasında işləyən “ağıllı” nəqliyyat laboratoriyasının Azərbaycanda da yaradılması təklifi olub. Belə ki, “CyITS” intellektual nəqliyyat şəbəkələrində kibertəhlükəsizliyi təmin edən qabaqcıl tədqiqat və sınaq mərkəzidir. Bu cür mərkəzin konsepsiyasının Azərbaycanın ehtiyaclarına görə uyğunlaşdırılması ölkənin nəqliyyat infrastrukturunun möhkəmləndirilməsinə və onun kiberdayanıqlılığının inkişafına kömək edəcək. Bu təşəbbüs çərçivəsində İsrail korporasiyanın texnologiyalarından istifadə vahid İnnovasiya Mərkəzi vasitəsilə əlaqələndiriləcək. Bu, davamlı inkişafın dəstəklənməsi, yeni iş yerləri və tədqiqat mərkəzlərinin açılması üçün geniş imkanlar yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri