Icma.az
close
up
RU
COP29: Kiçik ada dövlətlərinə dəstək çağırışı alqışlanır

COP29: Kiçik ada dövlətlərinə dəstək çağırışı alqışlanır

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın ən sürətli inkişaf tempinə malik olan ölkələri sırasında yer alan Azərbaycan son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf modelinə malik olan Azərbaycan müasir dünyanın çağırışlarına cavab verən məsələlərlə bağlı tədbirlərin təşkil edilməsinə önəm verir.

Dünyanın ən mötəbər tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə evsahibliyi etməsi Azərbaycanın növbəti böyük uğurudur. Bu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü və Qoşulmama Hərəkatına sədrliyi dönəmindən sonra dövlətimizin xarici siyasətinin ən böyük uğuru kimi səciyyələnir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsindən qaynaqlanaraq, Azərbaycan COP29-un təşkili baxımından üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Planetimizi narahat edən iqlim dəyişikliyi ilə bağlı məsələlər, məhz Bakıda müzakirə olunaraq həlli yolları axtarılır.
Azərbaycanda COP29-un yüksək səviyyədə keçirilməsi onun yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir. Regionda ilk dəfə olaraq ölkəmizdə keçirilən COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemləri müzakirə olunmuşdur. Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlığı genişlənmişdir. Prezident İlham Əliyevin COP29 çərçivəsində noyabrın 13-də Bakıda keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir: “Biz məhz fəlakətdən əziyyət çəkən bir sıra ölkələrə, qasırğalardan, zəlzələlərdən və daşqınlardan əziyyət çəkən ölkələrə yardım göstərmişik”.
Qeyd edək ki, Azərbaycan ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım məqsədi ilə humanist addımlar atmışdır. Hətta kiçik ada ölkələri Azərbaycanın təqaüd proqramlarından yararlanmışdır. “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, - deyə dövlətimizin başçısı çıxışında qeyd etmişdir.
Sammitdə COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə “Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi” qəbul olunub. Əlbəttə ki, bu Bəyannamənin qəbul edilməsi COP29-a Azərbaycanın Sədrliyinin növbəti uğurudur.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi və qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizə aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətlərə yardımlar etdi. Belə ki, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərinin göstəricisidir. Vaxtı ilə maliyyə yardımı alan Azərbaycan artıq fəal donor ölkəyə çevrilmişdir.
2019-cu ildə keçirilən Bakı Sammitində Azərbaycan Prezidenti ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmasını diqqətə çəkmişdir. Azərbaycan inkişaf edən kiçik ada dövlətləri və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün qlobal çağırışlar elan etdi. Bütün bunlar bir daha göstərir ki, dövlətimiz kiçik ada dövlətlərinə birmənalı dəstəyini ardıcıl olaraq nümayiş etdirir. Prezident İlham Əliyev çıxışı zamanı fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərdiyini də qeyd etmişdir.
Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan onları həmişə dəstəkləyəcəkdir.
Əlbəttə ki, cənab İlham Əliyevin 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasının təzahürüdür. İqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən olan COP29 dünya ictimaiyyətinin nəzərini Azərbaycanda cəmləşdirmişdir. Konfransda müzakirə edilən məsələlər və qəbul edilən qərarlar təmiz ətraf mühit və yaşıl artımın təmin edilməsi istiqamətində öz töhfəsini verəcəkdir.

Azər Süleymanov
YAP Nəsimi rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri