Icma.az
close
up
RU
COP29 rəhbərliyi Qvineya Bisaunun ətraf mühit naziri ilə görüşüb

COP29 rəhbərliyi Qvineya Bisaunun ətraf mühit naziri ilə görüşüb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

Bakı Enerji Həftəsi çərçivəsində COP29-un rəhbəri və Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriatu Luiş Soareş Kassama ilə ikitərəfli görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı COP29-un uğurlu nəticələri, xüsusilə iqlim maliyyəsi ilə bağlı əldə olunmuş mühüm qərarlar və COP30-a gedən yolda davamlılığı və iddialılığı təmin etməyə yönəlmiş “Bakıdan Beləma Yol Xəritəsi”nin təqdimatı müzakirə olunub.

Tərəflər inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və iqlim dəyişikliyindən ən çox zərər görən kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələrə dəstəyin artırılmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, təbiətə əsaslanan həllərin təşviqi, biomüxtəlifliyin qorunması və iqlim davamlılığı ilə dayanıqlı inkişaf üçün inteqrasiya olunmuş yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

Nazir S.Kassama Azərbaycanı COP29-a ev sahibliyinə görə təqdir edib və Qvineya-Bisaunun qlobal iqlim gündəliyini dəstəkləməyə sadiqliyini bir daha təsdiqləyib. O, həmçinin Azərbaycanın iqlim prioritetlərinin enerji keçidi və dayanıqlı urbanizasiya ilə uzlaşdırılması təşəbbüsünü yüksək qiymətləndirib.

Görüş qarşılıqlı əməkdaşlığın COP30 və sonrakı dövrlərdə də davam etdirilməsi ilə bağlı ortaq öhdəliklə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri