COP29 Sədrliyinin Nepala səfəri başa çatıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 19 may, AZƏRTAC
COP29 Sədrliyinin Nepala səfəri bu ölkənin Baş naziri Khadqa Prasad Şarma Oli ilə ikitərəfli görüş keçirilməsi ilə yekunlaşıb .
AZƏRTAC COP29-a Sədrliyin bəyanatına istinadla xəbər verir ki, Nepalın Baş naziri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbəri Muxtar Babayev ilə görüşdə dağlıq bölgələrdə iqlim dəyişikliyi problemlərini müzakirə edib. Qeyd olunub ki, COP29-da verilən vədlər inkişaf etməkdə olan ölkələr üçün nəzərəçarpacaq irəliləyişlə müşayiət olunacaq.
COP29 Sədrliyi bu mühüm məsələlərin həlli üçün “Sagarmatha Sambaad”a ev sahibliyi etdiyinə görə Nepal hökumətinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Nepal hökuməti mayın 16-18-də Katmanduda “İqlim dəyişikliyi, dağlar və bəşəriyyətin gələcəyi” mövzusunda “Sagarmatha Sambaad” adlı ilk beynəlxalq iqlim sammitini təşkil edib.
Baxış sayı:60
Bu xəbər 19 May 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















