Icma.az
close
up
RU
COP29: Şəhərsalma Günündə irəli sürülən yeni təşəbbüslər ölkələr arasında əməkdaşlığı gücləndirəcək

COP29: Şəhərsalma Günündə irəli sürülən yeni təşəbbüslər ölkələr arasında əməkdaşlığı gücləndirəcək

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində Bakıda səfərdə olan bir sıra hökumət nümayəndələri ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə Malayziyanın Mənzil təminatı və yerli hökumət naziri Nqa Kor Minq ilə keçirilən məhsuldar görüşdə şəhərsalma, infrastruktur və yerli idarəetmə sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər qarşılıqlı təcrübə mübadiləsi sayəsində bu sahələrdə daha effektiv iş və şəhərlərin davamlı inkişafı üçün birgə layihələr üzrə yeni imkanları nəzərdən keçiriblər. Anar Quliyev bu əməkdaşlığın Azərbaycan və Malayziyanın urbanizasiya sahəsində daha böyük uğurlarına və hər iki ölkədə həyat keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

Tacikistan Respublikasının Memarlıq və İnşaat Komitəsinin sədri Nizom Mirzozodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə baş tutan növbəti görüş zamanı tərəflər ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qonaqlar şəhərlərin müasirləşdirilməsi və transformasiyası ilə yanaşı, ənənələrin qoruması sahəsində Azərbaycanın təcrübəsinə, habelə tarixi irs, müasir həllər və davamlı inkişafın harmoniyasını təmin edən şəhərsalmada innovativ yanaşmalara xüsusi maraq göstəriblər.

Anar Quliyev bu gün Sinqapur Milli İnkişaf Nazirliyinin Yaşana bilən Şəhərlər Mərkəzinin sədri professor Çonq Kun Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb. Görüşdə davamlı və yaşana bilən sağlam şəhərlər yanaşması, ekoloji həllər, qabaqcıl şəhərsalma texnologiyaları və şəhər idarəçiliyinin rəqəmsallaşdırılmasında Sinqapurun böyük təcrübəsinə xüsusi diqqət yetirməklə əməkdaşlıq perspektivləri müzakirə edilib. Sonda tərəflər bir-birini Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna və Sinqapurda təşkil olunacaq Ümumdünya Şəhərlər Sammitinə dəvət ediblər.

COP29-da təşkil olunan Şəhərsalma Günündə iştirak edən hər üç nümayəndə heyəti tədbirin uğurlu təşkili, habelə “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət” təşəbbüsü və Bakı Davamlılıq Koalisiyasının yaradılması münasibətilə səmimi təbriklərini çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 22 Noyabr 2024 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri