Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

COP29 un Bakı maliyyə razılaşması BMT nin nəzarətindədir

COP29 un Bakı maliyyə razılaşması BMT nin nəzarətindədir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qurum dövlətlərin “yaşıl keçid”ə 1,3 trilyon dollar ayırmasını hədəfə alıb

BMT-nin Baş katibi Antonio Quterreş yanvarın 15-də təşkilatın Baş Assambleyasında 2025-ci ilin qlobal prioritetləri ilə bağlı çıxışında ötən ilin noyabrında Azərbaycan paytaxtında keçirilmiş COP29-un maliyyə razılaşması ilə bağlı mövzuya da geniş toxunub.
Dünya birliyinin rəhbəri bildirib: “COP29-un maliyyə razılaşması tam həcmdə həyata keçirilməlidir. Birləşmiş Millətlər Təşkilatı ədalətli enerji keçidləri üçün dəstəyi səfərbər etməyə kömək edəcək. Biz karbon qiymətlərinin tətbiqinə və qalıq yanacaq subsidiyalarının dayandırılmasına kömək edəcəyik. İnkişaf etməkdə olan dünyada iqlim fəaliyyətini dəstəkləmək üçün ildə 1,3 trilyon dolları səfərbər etmək məqsədilə etibarlı yol xəritəsini çatdırmaq üçün COP29 və COP30 sədrliklərinin rəhbərliyini dəstəkləyəcəyik”.
Antonio Quterreş açıqlamasının davamında qeyd edib ki, yeni və innovativ maliyyə mənbələrinin tətbiqinə başlamağın, o cümlədən çirkləndiricilərin vurduğu zərərə görə məsuliyyət daşımağın vaxtıdır: “İnkişaf etmiş ölkələr bu il adaptasiya maliyyəsini ikiqat artıraraq, ən azı, 40 milyard dollara çatdırmaq vədlərini yerinə yetirməlidir. Paris Sazişindən əvvəl biz əsrin sonuna qədər temperaturun 4 dərəcə Selsidən yuxarı qalxması yolunda idik. Ancaq Parisdən bəri hər il istiləşmə artır və keçən il ilk dəfə 1,5 dərəcə Selsidən yuxarı qalxdı. Eyni zamanda, qarşımızda böyük imkanlar var. Bərpaolunan enerji inqilabı qarşısıalınmazdır və insanlar bundan faydalanacaqlar”. 
Daha sonra bildirilib ki, bu il hər bir ölkə 1,5 dərəcə Selsi ilə uyğunlaşan yeni iqtisadiyyat üzrə milli iqlim fəaliyyət planları və ya milli olaraq müəyyən edilmiş töhfələr təqdim etməyi öhdəsinə götürdü: “Bu yeni planlar təmiz enerji dövrünün imkanlarını mənimsəmək şansını təmsil edir. Onlar bütün sektorları və bütün istixana qazlarını əhatə etməlidir. Mən hərəkətə keçmək üçün ­COP30-un ev sahibi, Braziliya Prezidenti Lula ilə sıx əməkdaşlıq edirəm. Birləşmiş Millətlər Təşkilatı sistemi 100-ə yaxın inkişaf etməkdə olan ölkəyə yeni milli iqlim fəaliyyət planlarını hazırlamağa kömək edir”.
BMT Baş katibinin sözlərinə görə, hazırda bəşəriyyətin üzləşdiyi ciddi    problemlərdən 4-ü ən yaxşı halda gündəmin hər aspektini poza biləcək və ən pis halda mövcudluğumuza təhlükə yaradacaq təhdidləri təmsil etdiyinə görə fərqlənir: bunlar silahlı münaqişələr, geniş yayılmış bərabərsizliklər, dərin iqlim böhranı və nəzarətdən kənar texnologiyalardır. O, Fələstin–İsrail, Rusiya–Ukrayna, Somali, Suriya, Yəmən və digər yerlərdə münaqişə və müharibələrə tezliklə son qoyulmasının vacibliyini vurğulayıb, eyni zamanda, İranla bağlı gərginliyin dialoq yolu ilə həllinə, böyük güclər arasında ticari-iqtisadi problemlərin nizama salınmasına çağırıb.
Quterreş daha sonra vurğulayıb: “Münaqişələr çoxalır, daha dağınıq və ölümcül olur. Getdikcə dərinləşən geosiyasi parçalanmalar və inamsızlıq atəşə yağ tökür. Nüvə təhlükəsi son onilliklərin ən yüksək həddinə çatıb. İnsan hüquqlarının spektri davamlı hücuma məruz qalır. Cəzasızlıq endemikdir – beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və BMT Nizamnaməsinin ardıcıl pozulması davam edir”.

T.RÜSTƏMLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri