Icma.az
close
up
RU
COP29 un Prezidenti: Kənd təsərrüfatı və su iqlim dəyişikliyinə qarşı mübarizədə əsas prioritetlərimizdəndir

COP29 un Prezidenti: Kənd təsərrüfatı və su iqlim dəyişikliyinə qarşı mübarizədə əsas prioritetlərimizdəndir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 oktyabr, AZƏRTAC

Kənd təsərrüfatı iqlim dəyişikliyindən ən çox təsirlənən sahələrdən biridir. Bu səbəbdən kənd təsərrüfatı su, nəqliyyat və şəhərlərlə yanaşı, bugünkü gündəliyimizin əsas mövzularından biridir. Çünki bütün bu sahələr Azərbaycan cəmiyyəti və iqtisadiyyatı üçün həyati sütunlardır və onların davamlı olması, ətraf mühitə təsirlərinin azaldılması vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günü tədbirin açılış sessiyasında söyləyib.

Muxtar Babayev qeyd edib ki, səhər sessiyası kənd təsərrüfatı və qida təhlükəsizliyinə həsr olunub:“Bunlar ötən il COP29-un Fəaliyyət Gündəliyində də Sədrliyin prioritetləri kimi qeyd olunmuşdu. Ev sahibi ölkə olaraq biz bu istiqamətdə öz təcrübəmizi bölüşmək və səylərimizi daha da gücləndirmək niyyətindəyik. Yüksək su çatışmazlığı kənd təsərrüfatı icmalarımıza ciddi təsir göstərir. Buna görə də biz COP29 Sədrliyinin Təşəbbüslərini “Fəaliyyət Gündəliyi”nin bir bir hissəsi kimi “İqlim Fəaliyyəti üçün Su Bəyannaməsi’ni təqdim etdik. Artıq 60-dan çox ölkə tərəfdaşlığı gücləndirmək, tədqiqatları inkişaf etdirmək və su ilə bağlı iqlim məsələlərinin səsini artırmaq öhdəliyini götürüb”.

O əlavə edib ki, Azərbaycan bu məqsədlə “Bakı Su və İqlim Dialoqunu” da təsis edib:“Bu təşəbbüs ölkələr arasında əməkdaşlığı dərinləşdirməyə, iqlim idarəçiliyini təkmilləşdirməyə və transsərhəd su hövzələrinin birgə idarə olunmasına xidmət edir. Çaylar sərhəd tanımadığı kimi, su üzrə məsuliyyətimiz də sərhədlərdən kənara çıxmalıdır. Təəssüf ki, bölgəmizdə müşahidə olunan kəskin azalma bu gün ən ciddi ekoloji çağırışlardan birinə çevrilib. Bunun əsas səbəbi yalnız iqlim dəyişikliyi deyil, eyni zamanda, həssas ekosistemlərə müxtəlif təzyiqlərin artmasıdır. Əgər buna vaxtında reaksiya göstərilməsə, nəticələri fəlakətli ola bilər”.

Muxtar Babayev Azərbaycanın bu sahədə BMT ilə sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb. O qeyd edib ki, kənd təsərrüfatı və kənd icmalarını dəstəkləyən müxtəlif proqramlar mövcuddur: “Əsl çətinlik fermerlərin bu imkanlara çıxışını asanlaşdırmaqdır. Bu səbəbdən biz COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi"ni rəsmi elan etdik. Bu platforma fermerlərin ehtiyac duyduqları dəstəyə daha rahat çıxmasına, siyasətçilərin isə maliyyələşmədəki boşluqları görməsinə imkan yaradacaq”.

Sonda Muxtar Babayev bildirib:“Əziz dostlar və həmkarlar, bu gün biz COP prosesində qəbul olunan beynəlxalq razılaşmaları ölkə daxilində real nəticələrə çevirmək üçün yeni imkanlar qazanırıq. Sizinlə birlikdə bunun necə daha səmərəli həyata keçiriləcəyini müzakirə etməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü gününün mövzusu “Sektorlar üzrə iqlim davamlılığının gücləndirilməsi – kənd təsərrüfatı, su, nəqliyyat, ağıllı şəhərlər: İqlim fəaliyyətində qadın liderliyi”nə həsr olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri